Bu gün:

Keçmiş sevgilinizi unuda bilməməyinizin səbəbləri


Bəzən səhv olduğunu bilsəniz də, əhəmiyyət verdiyiniz bir əlaqənin sonu sizi incidir. Xüsusilə, ayrılıq sizin qərarınızla deyilsə, daha da bezdirici ola bilər. Bu proses zamanı siz də özünüzü günahlandıra bilərsiniz. Bəs niyə keçmişinizi ağlınızdan çıxara bilmirsiniz?

Yalnız hiss etmək
Köhnə sevgilinizi düşünməyin səbəbi hazırda tək olmağınızdı. Ancaq bu, dərhal yeni bir sevgiyə yelkən açmağınız mənasına gəlmir, əksinə, diqqətinizi özünüzə yönəltməyiniz lazım olduğunu göstərir. Unutmayın ki, sizin üçün yaxşı olmayan münasibətdə olmaqdansa, həyatınızda birinin olmaması daha yaxşıdır.

Etibarın itirilməsi
Əgər qeyri-sağlam bir münasibətdən çıxmısınızsa, özünüzə inamınız birlikdə olduğunuz zaman sarsılmış ola bilər. Özünüzü pis hiss etdikdən sonra sevgilinizin razılığını almağa alışmış ola bilərsiniz. Ayrıldıqdan sonra əldən verdiyiniz şey təsdiq ehtiyacıdır. Bu səbəbdən təsdiq ehtiyacınızı öz-özünə təmin etməklə qarşılamalısınız.

Sosial mediadan qarşılıqlı əlaqə
Münasibətiniz bitibsə, keçmişinizi unutmaq üçün atacağınız ilk addım bir-birinizin sosial media hesablarını izləməməkdir.Çünki keçmiş sevgilinizlə hər hansı bir ünsiyyət keçmişlə bağlı xatirələri və hətta gələcəyə dair xəyalları tətikləyəcək.

Ünsiyyətə davam etmək
Ayrılıqdan sonra da keçmiş sevgilinizlə əlaqədə olduğunuz üçün həyatınıza davam etməkdə çətinlik çəkə bilərsiniz. Eyni dost dairəniz varsa və ya eyni iş yerindəsinizsə, hamısını bir anda kəsmək mümkün olmasa da, onu məhdudlaşdırın. Çünki bu prosesdə hiss etdiyiniz boşluq hissi müvəqqətidir.

Mənbə: N-Life

Tərcümə etdi: Lamiyə Cənnətzadə

Paylaş
Şərh əlavə et