Bu gün:

"Dünya elmi ilə uzlaşmağa çalışırıq"


24media.az-ın "1 sual və 1 cavab" rubrikasının növbəti qonağı Şamaxı Astrofizika Rəsədxanasının elmi işçisi Səbahəddin Alışovdur. O, rəsədxanada keçirilən layihələr və astroseminarların əhəmiyyətindən danışdı.

Şamaxı Astrofizika Rəsədxanasında nə kimi layihələr keçirilir və astroseminarların əsas məqsədi nədir?

-Bizim istərsə yerli, istərsə də beynəlxalq layihələrimiz keçirilir. Məsələn, "Horizon 2020" Qrant layihəsi beynəlxalq layihədir, hətta qaliblərindən biri bizimdir. "Gaia" adlı beynəlxalq sistemə aid layihə var, burada da qalibimiz olub. Azərbaycan-Rusiya və ya Türkiyə-Azərbaycan birliklərinin layihələri olur. Bu layihələr nəticəsində, inkişaf edərək dünya elmi ilə uzlaşmağa çalışırıq. Rəsədxanalarda 100-ə yaxın elmi işçi fəaliyyət göstərir, məsələn, Günəş fizikasından, Ulduz fizikasından, plantologiyadan, kosmonologiyadan və s. Hər bir elmi işçinin öz xüsusi tədqiqat istiqaməti və müəyyən seçilmiş obyektləri var. Həftədə bir dəfə isə əyani halında hər kəs il ərzində etdikləri işlərin təqdimatını hazırlayır və elmi işlərin qarşısında təqdim edir. Suallar verilir, köməyə ehtiyac varsa, məsləhətlər görülür, tövsiyələr verilir və s. kimi proseslər olur.

Xədicə Qiyas

Paylaş
Şərh əlavə et