Rəqəmsal cihazlarda istifadə etdiyimiz tətbiqlər bizə tez-tez öz premium versiyalarını təklif edir. Bəs görəsən bu cür proqramların premium versiyaları bizə nə vəd edir? Bu yazıda buna aydınlıq gətirməyə çalışacağıq.
Youtube Premium
“Youtube” tərəfindən təqdim edilən ödənişli xidmət olan“Youtube Premium” adi versiyada olmayan bir çox üstünlüklərəsahibdir. Bu üstünlüklərdən biri də Youtube-un pulsuz versiyasında istifadəçiləri narahat edən uzunmüddətli reklamların bu versiyada olmamasıdır. Premium üzv olan istifadəçilər Youtube videoları izləyərkən reklamlarla qarşılaşmırlar. Bu xüsusiyyət sayəsində Premium istifadəçiləri video və musiqilərə fasiləsiz və reklamsız baxa bilərlər.
“Youtube Premium” istifadəçilərinin faydalana biləcəyi digər xüsusiyyət isə Youtube tərəfindən hazırlanmış və yalnız premium üzvlərin izləyə biləcəyi orijinal məzmunu izləyə bilmələridir.
“Youtube Premium” istifadəçiləri oflayn olarkən musiqi dinləyə və ya onu endirə bilərlər. Premiuma daxil olan bu xüsusiyyət pulsuz versiyada mövcud deyil. “Youtube Premium” istifadəçiləri videonun altındakı “yüklə” düyməsini istifadə edərək yükləmək istədikləri video və ya musiqini yükləyə və oflayn rejimdə endirdikləri bu video və musiqilərə baxa bilərlər.
Canva Pro
Canva bütün dünyada milyonlarla insan tərəfindən istifadə edilən pulsuz dizayn alətidir. Proqramın ödənişli versiyası bizə bir çox üstünlüklər təqdim edir. Bunlar aşağıdakılardır.
- Premium şablonlardan və 100 milyondan çox premium foto, video, audio, şəkillərdən istifadə imkanı
- “Magic Resize” funksiyası ilə dizaylarınızı istədiyiniz ölçüyəçevirmək
- Bir kliklə şəkillərin və videoların arxa planını silmək imkanı
- “Rhythm Sync” funksiyası ilə videonuzun musiqi ilə avtomatik sinxronlaşdırılması
- 8 fərqli sosial media platforması üçün kontent yaratmaq imkanı
- 1 TB əlavə bulud yaddaşı
- 7/24 müştəri dəstəyi
Teleqram Premium
WhatsApp-a alternativ olaraq seçilən və əhəmiyyətli bir istifadəçi sayına çatan Telegram xüsusilə premium xidməti ilə fərqli bir auditoriyaya müraciət etməyi bacarıb. Premium versiyaya sahib olmaqla siz aşağıdakı funksiyalardan yararlana biləcəksiniz.
Reklam yoxdur
- Telegram böyük kanallarda sponsorlu reklam xidməti göstərir. Bu reklamlar Telegram-ın xərclərini qarşılamasına kömək edir, artıq Telegram Premium abunəçiləri bu reklamları görməyəcək.
4 GB fayl yükləmə
- Adi versiyada 2 GB olduğu halda premium abunəçiləri indi 4 GB-a kimi fayl göndərə biləcəklər. Bu isə o deməkdir ki, 4 saatlıq 1080p video və ya 18 günlük yüksək keyfiyyətli audioüçün kifayət qədər yer var. Adi Telegram istifadəçiləri TelegramPremium istifadəçiləri tərəfindən onlara göndərilən 4GB-dəkfaylları yükləyə biləcəklər.
Daha sürətli yükləmələr
- Premium istifadəçiləri media və faylları daha sürətli endirə biləcəklər.
Artan limitlər
- Telegram Premium ilə siz 1000-ə qədər kanalı izləyə, hər birində 200-ə qədər söhbət olan 20-yə qədər söhbət qovluğu yarada, 10 söhbəti əsas səhifəyə sancaqlaya və 10-a qədər sevimli stiker saxlaya bilərsiniz.
Siz həmçinin haqqında bölmənizə daha uzun sözlər yaza və ona keçid əlavə edə bilərsiniz. Premium versiya media başlıqlarınadaha çox simvol əlavə etməyə imkan verir. İstənilən mesaja cavab vermək üçün 400-ə qədər GIF seçimi var.
Səsdən mətnə
Səsli mesajlara qulaq asmaq istəməyəndə göndərilən səsi mətn formasına çevirə bilərsiniz.
Unikal stikerlər və reaksiyalar
- Artıq stikerlərdə ekran animasiyaları var, premiumistifadəçiləri bütün istifadəçilər tərəfindən görünən bu stikerlərdən istifadə edə biləcəklər. Bu premium stikerkolleksiyası Telegram tərəfindən hər ay yenilənəcək.
Animasiyalı Profil şəkli
- Premium istifadəçiləri profil şəkillərini animasiyaya çevirə və hərəkətli profil şəklinə sahib ola bilərlər.
Premium Nişanlar
- Bütün premium istifadəçiləri çat siyahısında, qruplardakı üzv siyahılarında və adlarının yanında görünən premium nişanı əldə edirlər.
Nahid Xəlilov
