
Üzümüzün daha canlı görünməsinin sirri düzgün qaş modelinin seçimində gizlidir. Bəs düzgün qaş dizaynını necə etmək olar? Hansı qaş üz tipinizə uyğundur? Qaş dizaynı ilə bağlı suallarınızın cavabları buradadır. Bu barədəstilist Hanife Gençer suallara cavab verib.
Təbii qaş modelləri dəbdədir
Hanife Gençer deyir ki, əvvəlcə öz üslubunuza və üz şəklinizə uyğun qaş modelini tapmalı, sonra onu etdirməlisiniz. Cazibədar qaş formalarını sevirsinizsə, əyri qaş modelləri sizin üçün doğru seçimdir. Qaldırılmış qaş modeli isə sizə daha havadar və qadın görünüşü verir. Təbii və qalın qaş modellərini sevənlər qaşlarını əyri deyil, daha düz formalaşdırmalıdırlar. Təbii qaşlar bu il dəbdədir. Son illərdə məşhur olan təbii qaşlar qadınlara daha gənc və müasir görünüş bəxş edir.
Qaş tətbiqləri təbii saç rənginə əsaslanmalıdır. Qaş tətbiqləri insanın öz seçimi deyil, tətbiqi edəcək mütəxəssisin qərarı olmalıdır. Hansı qaşın hansı üzə uyğun olduğuna mövzunun mütəxəssisi qərar verə bilər.
Hansı qaş modeli hansı üzə yaraşır?
Hanife Gençer müxtəlif üz tiplərinə uyğun qaş formaları haqqında aşağıdakı məlumatları verir:
Kvadrat üz: nazik qaş
Əgər üz cizgiləriniz aydın və kvadratdırsa, çox qalın qaşlardan istifadə etməyə ehtiyac yoxdur. Daha incə formalı qaşlara üstünlük verə bilərsiniz. Yumşaq və bir qədər əyri qaşlar bu tip üz forması üçün idealdır. Nazik qaş üzün kvadrat və qabarıq cizgilərinə daha yumşaq ifadə verilir.
Oval üz: Uzun qaş
Üzünüz oval formada aşağıya doğru uzanırsa, nazik və uzun formalı qaş modelinə üstünlük verməlisiniz. Bu halda üz ifadəniz daha sakit və təbii görünəcək. Qaşlar hər iki tərəfdən uzun və geniş olmalıdır.
Ürək formalı üz: Qalın qaş
Üzün alnın ortasından bir qədər aşağı endiyi və çənənin üçbucaqlı olduğu üz formanız varsa, qaşınız mümkün qədər qalın olmalıdır. Qalın və qısa qaşlar göz səviyyəsində bitməlidir.
Yumru üz: Əyri qaş
Əgər yuvarlaq bir üzünüz varsa, bu, bir qədər həcmli bir görünüşünüz olduğunu göstərir. Bunu pozmağın ən yaxşı yolu qaşınız üçün əyri model seçməkdir. Qıvrımları kifayət qədər qabarıq buraxsanız, üzünüz çox estetik görünüşə sahib olacaq.
Uzun üz: Qıvrımsız qalın qaşlar
Əgər uzun üzünüz varsa, seçməli olduğunuz model düz və qalın qaş modelidir. Tamamilə düz formada olan qaşlar üzünüzün lazımsız yerə uzun görünməsinin qarşısını alacaq.
Dərin Göz: Düz Qaş
Gözləriniz içə doğru batmışsa, əyriləri olmayan nazik və açıq rəngli qaş modeli seçməlisiniz.
Modelə görə qaşların ifadələri:
•Əyri və qalxmış qaşlar üzə ciddilik verir.
•Təbii görünüş üçün qaşlar daranmamalıdır.
•Qalın qaşlar üzə daha aydın ifadə verir.
•Geniş alnınız varsa, mütləq əyri model seçin.
•Qaşlarınız nazikdirsə, saçlarınızla eyni rəngdə olmalıdır.
•Üçbucaqlı və orta qalınlıqdakı qaşlar üzə sərt ifadə verir.
•Qaşlarınız göz qapaqlarına qədər enməməlidir, bu sizə yorğun bir ifadə verir.
Mənbə: Habertürk
Tərcümə etdi: Samirə İsmayılova
