Bu gün:

Sobada dadlı yeməklərin hazırlanması sirləri


Sobada bişirəcəyiniz yeməklərin reseptə uyğun bişməsi üçün metal qabların yerinə şüşə qablara üstünlük verin. Şüşə metaldan təxminən 25 dərəcə daha çox istiliyi saxlayır. Bu, yeməyinizin düzgün temperaturda bişirilməsini, daha qısa müddətdə hazır olmasını və enerjiyə qənaət etməsini təmin edir.

Karamel etmək istədiyiniz ləzzətlərin üzərinə qəhvəyi şəkər əlavə edin və praktiki olaraq karamel hazırlamaq üçün sobanın yuxarı bölməsinə qoyun. 

Əgər sobada qabıqlı, xırtıldayan çörəklər hazırlamaq istəyirsinizsə, sobanın aşağı hissəsinə bir qab su qoyun. Su buxarlanacağı üçün çörəyiniz lazım olduğu kimi bişəcək. 


Sobanınızı pizza sobalarına çevirmək üçün bir mərmər kəsin və üzərində pizza bişirin. Mərmər tez isindiyi və istiliyini uzun müddət saxladığı üçün siz çöldə yediyiniz ləzzətli pizzalar kimi sobada pizza hazırlayarkən mərmərdən istifadə edə bilərsiniz. Hətta sobada bişirəcəyiniz bir çox yeməklər üçün nimçə kimi də mərmərdən istifadə edə bilərsiniz.


Hazırladığınız tort üçün şokolad sousunu asanlıqla hazırlamaq üçün tort bişərkən sobanı açın və üzərinə şokolad parçaları qoyun. Beləliklə, tort bişərkən şokolad əriyib tortu örtməklə dadlı şokoladlı tort əldə edə bilərsiniz. Tort hazırlamaq üçün kvadrat qəlibiniz yoxdursa, alüminium falqa ilə özünüz hazırlayın. Alüminium falqa sayəsində pulunuza qənaət edə və istədiyiniz zaman tort hazırlamaqdan həzz ala bilərsiniz.

Muffin hazırlayarkən qəliblərə yayıldığından şikayət edirsinizsə, dərin banka qapaqlarının köməyi ilə bişirin. Bankanın qapaqları qəlibləri altdan dəstəkləyir və qəlibin formasını qoruyur, tort xəmiri yayılmır.


Evdə hazırladığınız qatıq və ya çörəklərin əvvəlcədən mayalanmasını uzun müddət gözləmək yerinə, sobada mayalanmasına icazə verin. Sobanın növünə görə dəyişsə də, sobanızı orta hesabla 27 dərəcə qızdırıb, qatıq və ya çörəyinizi daha tez mayalanması üçün içinə qoya bilərsiniz.

Kekslərin hamısı bişdikdə eyni ölçüdə olmasını istəyirsinizsə, xəmiri dondurma qaşığı ilə qəliblərə qoyun.


Dondurma qaşığı götürüb yağlayın və yağladıqdan sonra tort xəmirini götürüb qəliblərə qoyun. Bu prosesi hər dəfə təkrar etsəniz, qəliblərdə bərabər miqdarda xəmirin olmasını təmin etmiş olarsınız ki, bununla da bişdikdən sonra siz eyni ölçüdə kekslər əldə edəcəksiniz. Dəyirmi və dərin qəlibləri tərsinə çevirib, üzərinə hazırladığınız xəmiri qoyaraq yeməli qablar hazırlaya bilərsiniz. 


İstəsəniz, bir qab peçenye hazırlayıb içinə şokolad və dondurma doldura və ya duzlu xəmir edib içinə toyuq və ya salat qoya bilərsiniz. Seçim sizindir. 

Mənbə: Yemek.com 

Tərcümə etdi: Nuran Əhmədzadə 


Paylaş
Şərh əlavə et