Bu gün:

Ev heyvanlarını nə ilə yemləmək olmaz?


Ev heyvanlarını nə ilə yemləmək olmaz?

Heyvanların da qəribə üstünlük verdiyi qastronomik qidalar var. Sizə ev heyvanlarınızı müxtəlif ləzzətlərlə yemləməyin təhlükəli olub-olmadığı və onları nə ilə qətiyyən yemləməməli olduğunuz haqda məlumat veririk.

Düşünürsünüz ki, sadəcə bəzən biz qatıqla hisə verilmiş balıq yemək və ya mürəbbə ilə sendviçdən sonra kürü yemək istəyirik? Heyvanların da qəribə üstünlük verdiyi qastronomik qidalar var. Pişiklər qızardılmış göbələk, şokolad və ya çiy kartofu, itlər isə yerkökü və bolqar bibərini sevə bilər.

Biz baytardan ev heyvanlarını bu cür ləzzətlərlə yemləməyin təhlükəli olub-olmadığını və onlara qətiyyən nə verilməməlidir öyrəndik.

İtlərin qidalanma qaydaları

Əlbəttə ki, qaydalar mövcuddur və ev heyvanınızın sağlam və şən olmasını istəyirsinizsə, riayət olunmalıdır.

Əti yalnız istilik vasitəsilə dezinfeksiya etdikdən sonra verin.

Ancaq bu qayda bütün cins itlərə aid deyil.

Baytar Natalya Solovyova xəbərdarlıq edir: “Çəkisi 5 kq-dan az olan pişiklər və itlər, eləcə də immuniteti zəif olan heyvanlara çiy ət vermək təhlükəlidir”. – Bakterial mikrofloranı öldürmək üçün kiçik də olsa, istilik vasitəsilə dezinfeksiya etmək lazımdır. Əks təqdirdə, bu, mədəaltı vəzinin, kiçik və qalın bağırsağın kəskin iltihabı ilə sonlana bilər. Heyvanda quru qaraciyərə görə duru nəcis ola bilər, buna görə də sub-produktları qaynadılmış formada vermək daha yaxşıdır.

Söhbət böyük itlərdən gedirsə, məsələn, küçədə xidmət edən və yaşayan, əgər buna öyrəşiblərsə, çiy əti asanlıqla yeyə bilərlər. Üstəlik, onlar həm də yırtıcıların tez-tez etdiyi kimi, əti torpağa basdırırlar ki, çürüsün.

Duzlu, hisə verilmiş və qurudulmuş yemək vermək olmaz.

Hisə verilmiş və qurudulmuş kolbasa, sosiska, pendir, eləcə də bütün ədviyyatlı, duzlu və tərkibində ədviyyatlar olan məhsullar pişik və itlərə verilməməlidir. Belə bir qidalanma nəticəsində heyvanlar kəskin qastritdən əziyyət çəkə bilərlər.

Qida üzərində eksperiment keçirmək lazım deyil. Ərzaq alarkən onun tərkibinə mütləq nəzər salın. Bəzi istehsalçılar səxavətlə boyalar və ləzzət artırıcılar əlavə edirlər ki, bu da dermatit və mədə problemlərinə səbəb ola bilər. Tərkib nə qədər təbii və qısa olsa, bir o qədər yaxşıdır.

-Çox vaxt baytarlıqlardan it və ya pişik götürüldükdə heyvanların bağırsaqlarında və nəcislərində problem olmur. Ancaq bir ay sonra sahibləri ishaldan əziyyət çəkən arıq ev heyvanlarını bizə gətirirlər. Mütəxəssis izah edir ki, bütün bu problemlər qidalanma üzərində keçirilən eksperimentlər nəticəsində yaranır. – Adətən belə olur: qonşu bir yeməyi məsləhət görür, həmkarı digərini tərifləyir, sahibləri hər şeyi ard-arda alır və hər dəfə heyvanları yeni bir şey ilə bəsləyirlər. Belə etmək olmaz. Heyvanı aldığınız müəssisə əvvəlcə ev heyvanını nə ilə qidalandırmaq lazım olduğunu və problemlərdən qaçmaq üçün hansı şirkətdən yemək almağın daha yaxşı olduğunu söyləyəcək. İlk dəfə bir çoxları sizə necə bəsləməli olduğunuzu göstərəcək. Dörd ayaqlıları daha sonra da bununla qidalandırmaq lazımdır. Xüsusilə kiçik itlərlə nə qədər az əlavə yeni qida versəniz, o qədər sağlam olacaqlar.

Vacib məqam! Bir heyvanı hazır qida ilə bəsləyirsinizsə, ona təbii məhsullar verib, mədəsini qarışdırmayın. Ev heyvanının mədəsi seçilmiş qida növünə alışır və bu yeməyi həzm etmək üçün müəyyən bir ferment istehsal edir. Ev heyvanı başqa yemək alırsa, həzm sistemi ilə bağlı problemlər yaranır. Bədən eyni vaxtda hər iki qida növünü həzm etmək üçün fermentlər istehsal edə bilməz. Əgər ev heyvanınız yem yeyirsə, təbii qidalar bəzən yemək kimi verilə bilər. Məsələn, məşq zamanı itə qaynadılmış ət verin, lakin minimum miqdarda, bir neçə kiçik parça.

Ev heyvanınıza qeyri-adi yeməklər verməyin. Nə qədər heyvanların özləri bunu istəsə də. “Ev heyvanınız heyvanlar üçün qeyri-adi yeməklər yeməyi xoşlayırsa, ona toxunmayın” deyə baytar xəbərdarlıq edir. – Əgər it yerkökü gəmirməyi sevirsə, bu, o demək deyil ki, itdə bəzi vitaminlər çatışmır. Sadəcə hər şeyi dadırlar. Və bunun zərərli olub-olmadığını anlamadan, düşünmədən edirlər.

Göbələk, turşu, duzlu kələm və ya kartof qabığı şəklində qeyri-adi dad seçimləri bədən üçün ciddi nəticələrlə doludur. Əvvəlcə heyvanda heç bir sağlamlıq problemi görməyəcəksiniz və bir neçə ildən sonra, o, elə bir mərhələdə olan xəstəliklə qarşılaşacaq ki, heç nə edilə bilməyəcək. Heyvan hansısa yeməkdən sonra harasınınsa ağrıdığını deyə bilməyəcək, simptomlar sahibləri üçün aydın olana qədər sonuna qədər dözəcək. Ekstravaqant asılılıqlara nə qədər tez son qoyulsa, o qədər yaxşıdır.

Heyvanların evdə və ya açıq havada bitkilərin dadına baxmasına və potensial təhlükəli obyektləri gəmirməsinə icazə verməyin. Bu, bəlkə də əsas qaydalardan biridir. Baytar həkim deyir: “Bəzi ev heyvanları sümbül çeynəyir və o, zəhərlidir”. – İtlər ərzaq mağazalarında kassada verilən yapışqanları və digər kiçik hədiyyələri dişləyirlər. Sonra onlardan yüzlərcəsini heyvanların mədəsindən çıxarırıq. Bütün bunları ağızlarına sürükləyirlər, çünki bu əşyalar mənzil başına səpələnib.

Mənbə: kp.ru

Tərcümə etdi: Günel Məmmədova

















Paylaş
Şərh əlavə et