Bu gün:

Sizi bütün gün tox tutacaq və aclıq hissini unutduracaq qidalar


Bu qidaları az miqdarda yesəniz belə, uzun müddət toxluq hiss edəcək və heç aclıq hiss etməyəcəksiniz.


Qoz-fındıq, badam 

Sağlam yağları olan qoz-fındıq insana enerji  bəxş etməklə yanaşı, həm də mədənin ac qalmasının qarşısını alır. Buna görə pəhriz siyahılarının qəlyanaltılarına qoz-fındıqların daxil olması təəccüblü deyil. Amma təbii ki, hər şeyin artıqlığı zərərli olduğu kimi qoz-fındığın həddindən artıq yeyilməsi kökəlməyə səbəb olur. Buna görə də, gündə bir ovucdan çox istifadə etməyin və gecələr qoz-fındıq yeməkdən uzaq durun. 


Alma

Tam lif mənbəyi olan alma da qan şəkərini tarazlıqda saxlayır. Yağ yandırıcı xüsusiyyəti də olan yaşıl almanı yeməkdən yarım saat əvvəl yemək, yüngül yemək yeməyə və gün ərzində ac qalmamağınıza kömək edir.


Mərci və noxud kimi paxlalılar

Lifdən danışarkən, paxlalıları unuda bilməzsiniz. Məsələn, təkcə lif deyil, həm də zülal qaynağı olan mərciməklə hazırlayacağınız salat sizi uzun müddət tox tutacaq və aclıq hissini unutduracaq.


Xurma 

Qan şəkərini tarazlaşdırmaq qabiliyyətinə malik olan xurma, əslində, ən faydalı desertdir. Tərkibində təbii şəkər olan xurmalardan yalnız biri ilə şirniyyat istəklərinin qarşısını ala və uzun müddət toxluq hiss edə bilərsiniz.


Yulaf

Yulafın tərkibindəki karbohidratlar orqanizm tərəfindən çox gec yandırıldığı üçün sizi tox saxlayır və qan şəkərinizi tənzimləyir. Məsələn, səhər yeməyində südlə qarışdıraraq yeyə, naharda salatlarınıza əlavə edə və ya yeməklər arasında qatıqla yeyə bilərsiniz.


Yumurta

Günə zülal qaynağı olan yumurta ilə başlasanız, daha sonra sizi tox tutduğunu anlayacaqsınız. Sizi gün boyu gümrah saxlayacaq yumurtanı qaynatsanız, bu effekti daha çox hiss edəcəksiniz.


Ayran

Xüsusilə, tərkibindəki zülallar sayəsində ayran uzun müddət toxluq hissi yaradır. Qarın ətrafındakı piyləri yandırdığı deyilən ayranı evdə etsəniz, çox daha təsirli olduğunu görərsiniz.


Turşu

Tərkibindəki faydalı bakteriyalar sayəsində toxluq hissi yaradan digər qida isə turşudur. Qıcqırdılmış qida olan turşular hər hansı fermentləşdirilmiş qida kimi həzm sistemi üçün çox faydalıdır. Turşu xiyar daha doyurucu xüsusiyyətə malikdir və həddindən artıq turşu yemək kökəlməyə səbəb ola biləcəyini xəbərdar etmədən sözlərimizi bitirməyək.


Tərəvəz şorbaları

Bir kasa şorba sizi uzun müddət tox tutacaq və gün ərzində yeməklərinizi azaltmağınıza kömək edəcək, çünki tərəvəzləri qaynadarkən bütün lifləri şorbaya qarışır. Həm sağlam, həm də aşağı kalorili, mədəni tox tutan doyurucu yemək axtarırsınızsa, tərəvəz şorbaları sizin üçündür.


Avokado

Nəhayət, son illərin məşhur meyvəsi avokadodan danışaq. Bol lif və doymamış yağ ehtiva edən avokado bağırsağa faydalı olduğu kimi, insanı uzun müddət tox saxlayır. Məsələn, səhər yeməyində yalnız yarım avokado yesəniz belə, iştahınızın azaldığını və uzun müddət aclıq hiss etmədiyinizi görəcəksiniz.

Mənbə: Yemek.com 

Tərcümə etdi: Nuran Əhmədzadə 



Paylaş
Şərh əlavə et