
Kataloniyalı sürrealist və dadaist rəssam Xuan Miro 1893-cü ildə Barselonada anadan olub. Əvvəlcə valideynlərinin istəyi ilə ticarət kollecində təhsil aldı. Sonra iki il ofisdə çalışdı. Daha sonra 1912-ci ildə Barselonadakı sənət məktəbinə daxil olur. Bu məktəbdəki müəllimi Francisco Gali Miroya zaman və məkan qavrayışının güclənməsi üçün çəkməli olduğu əşyalara toxunduğunu düşündürən bir üsul öyrədir. Eyni zamanda, Qali şagirdlərinə Parisdəki ən yeni müasir incəsənət məktəblərini və məşhur Barselonanın Art Nouveau memarı Antoni Gaudinin binalarını tanıdır.
1915-1919-cu illərdə İspaniya, Barselona, Montroyga və Mallorca adasında çalışır, rənglərin həcmi və ritmlərinin qarşılıqlı təsirinə diqqət yetirən mənzərələr, portretlər və rəsmlər çəkir. Karyerasının əvvəlindən Miro metaforik bir povest yaratmağa çalışır, təbiət anlayışlarını transsendental, poetik mənada təmsil edən tapıntılar axtarırdı.
1919-cu ildən bəri alternativ olaraq İspaniya və Parisdə yaşayıb. 20-ci əsrin ilk iki onilliyində xaricdən Parisə gedən bir çox sənətkarlardan biri idi. Bu xarici sənətkarların çoxu fransız sənəti ilə təmasda olduqdan sonra Fransa vətəndaşı olmağa qərar verdilər, lakin Miro Katalan kimliyinə sadiq qaldı.

1920-ci illərin əvvəllərində Xuan Miro diqqətlə hazırlanmış realizmi abstraksiya ilə birləşdirdi. Tədricən obyektləri təbii kontekstindən çıxardı və yeni, sirli qrammatikaya uyğun olaraq xəyali, ürpərtici bir təəssürat yaradaraq yenidən bir araya gətirdi. 1925-1928-ci illərdə dadaistlər, sürrealistlər və Paul Kleenin təsiri altında “xəyallarını” və “xəyali mənzərələrini”araşdırır. Miro 1924-cü ildə sürrealist hərəkatının manifestini imzalayıb.

1930-cu illərin sonlarında İspaniya vətəndaş müharibəsi zamanı rəssam Parisdə yaşayırdı. İşi siyasi olmasa da, ölkəsindəki iğtişaşlar onu sosial tənqidlərə məruz qoyur. Məsələn, 1937-ci ildə Parisdə keçirilən Ümumdünya sərgisində İspaniya Respublikasının pavilyonu üçün çəkdiyi divarda kəndli üsyanını təsvir edib.
1948-ci ildən sonra
1948-ci ildən bəri vaxtını yenidən İspaniya ilə Paris arasında yarıya böldü. Elə həmin il ümumi mövzulara əsaslanan bir sıra əsərlər- qadınlar, quşlar və ulduzlar haqqında yazıb.1949 və 1950-ci illərdə ustalıqla işləyərkən bir tərəfdən bəzi rəsmləri üzərində işləyirdi.
İkinci Dünya müharibəsindən sonrakı illərdə bu sahədə dünyaca məşhur oldu. Heykəlləri, rəsmləri və digər işləri bir çox ölkədə sərgiləndi. Keramika işləri, Solomon R. Guggenheim Vəqfinin böyük beynəlxalq mükafatını qazandı. 1962-ci ildə Parisdəki Milli Müasir İncəsənət Muzeyində onun adına böyük bir retrospektiv sərgi təşkil edildi.
Şöhrətinə baxmayaraq, dözümlü və təmkinli bir insan olan Miro özünü yalnız təhsilinə həsr etməyə davam etdi. Sonrakı əsərlərində Miro forma və fonu daha da sadələşdirilmiş bir şəkildə istifadə edir. Bəzən Blue II-də (1961) olduğu kimi firuzəyi səthdə nöqtə və incə xətt ilə bir kompozisiya yaradırdı. Əvvəlki əsərlərinin əhval-ruhiyyəli və ya aqressiv istehzası yarı dini düşüncə ilə nəticələndi. 1980-ci ildə İspaniyanın qızıl Gözəl Sənətlər medalı ilə təltif edildi.
Mənbə: istanbulsanatevi
Tərcümə etdi: Aysu Əsədova
