
Heyvan dostumuz olan koalalar haqqında maraqlı faktlar:
1. Gündə 20 saata qədər yata bilirlər.
2. Körpələrini kenquru kimi kisələrində daşıyırlar.
3. İstəsələr, çox yaxşı üzə bilərlər.
4. Onları həmişə ağac budağına tutunarkən görürük. Səbəbi isə onlar ağac budaqlarını qucaqlayıb sərinləyirlər.

5. 10-15 il yaşaya bilən koalalar 35 günlük hamiləlik keçirir və sonra balalarını dünyaya gətirirlər.
6. Onların hansısa xəstəlik səbəbindən nəsilləri tükənə bilər.
7. İlk doğulanda analarının kisələrində yaşayan körpə koalalar güclü toxunma və qoxu alma qabiliyyətləri sayəsində yollarını tapırlar.
8. Koalalar yarpaqların şirəsini udaraq bütün maye ehtiyaclarını qarşılayırlar və heç vaxt su içmirlər.
9. Gündə təxminən 1 kq evkalipt yarpağı yeyirlər. Digər canlılar üçün zəhərli olan bu yarpaqlar xüsusi həzm sisteminə malik olduqları üçün onlara təsir etmir.
10. Koalaların da insanlar kimi unikal barmaq izləri var.
Mənbə:Milliyet
Tərcümə etdi:Lamiyə Cənnətzadə
