Bu gün:

Hobbi nədir?


Hobbi ən qısa tərifi ilə həzz verən bir məşğuliyyətdir. Bir hobbi olaraq başlayan və əsl peşəyə çevrilən bir çox nümunələrin olması da vacibdir. Bu, hobbinin yüngül qəbul edilə bilməyəcək qədər vacib bir sahə olduğunu sübut edir. Hobbi marağa əsaslanan həvəs və məşğuliyyət sahəsi kimi müəyyən edilə bilər. Hobbi asudə vaxt vasitəsi kimi tanınsa da heç vaxt yüngül qəbul edilməməlidir. Çünki hobbi kimi başlayan bir çox sahələrdə yeni bir peşəyə sahib olmaq mümkündür. Hobbi həvəs, məşğuliyyət və maraq kimi təsvir edilə bilən bir əmək sahəsidir. Həyatın bir çox sahələrində hobbi var. Hobbi müəyyən yaşda və statusda olan insanların boş vaxtlarından istifadə etmək üçün etdikləri işdir. Bir hobbi zövqlü və maraqlı bir məşğuliyyət kimi sevilir. O, təsviri sənətin müxtəlif sahələrini nümunə götürür. 

Hobbi nümunələri nələrdir?

 Hobbi, onun çalışmaları rəssamlıqdan musiqiyə, instrumentaldan nitqə qədər həyatın bütün sahələrində özünə yer tapa bilir. Asudə vaxt vasitəsi kimi qəbul edilən hobbilərin əsl peşəyə çevrildiyi nümunələrə tez-tez rast gəlinir. Hobbi işləri fotoqrafiyadan, metal işlərindən əl işlərinə, trikotaj krujevadan ağac oymacılığına qədər hər sahədə edilə bilər. İngilis mənşəli bir söz olan Hobby boş vaxtlarına dəyər qatmaq istəyənlər üçün ən dəyərli məşğuliyyətdir.

Mənbə:CNN türk

Tərcümə etdi:Sayad Qoşnalıyeva

Paylaş
Şərh əlavə et