
İmperator pinqvinlərinin başı və bel bölgələri qara rəngdədir. Onları digər növlərdən fərqləndirən xüsusiyyətlərdən biri də boyun və qulaqlarında narıncı-sarı tüklərin olmasıdır. Təxminən 1,2 metr uzunluğu və 40 kiloqram kütləsi ilə imperator pinqvinləri məlum olan ən böyük pinqvinlərdir. İmperator pinqvinləri, digər pinqvin növləri kimi, quşlar sinfinə aiddir. Yumurta qoyaraq çoxalırlar. Amma uça bilmirlər. Onların sərt və düz qanadları dərin sularda asanlıqla üzməyə imkan verir. Bilinən ən dərin dalğıc rekordları 564 metrdir ki, bu da 309 metrlik göydələnin hündürlüyündən təxminən iki dəfə yüksəkdir.
Onlar nə ilə qidalanırlar?
İmperator pinqvinləri balıq, kril və kalamar ilə qidalanırlar.
Necə yaşayırlar?
Antarktidada -50 dərəcə soyuq və saatda 200 kilometr sürətlə əsən külək kimi sərt hava şəraitində isinmək və enerjilərini qorumaq üçün koloniya yaratmaq üçün bir araya gəlirlər. Eynilə, balaları da enerjilərini qorumaq və isti saxlamaq üçün öz aralarında toplana bilərlər. Onlar Ümumdünya Təbiəti Mühafizə İttifaqının elan etdiyi qırmızı siyahının “Təhlükəyə yaxın” kateqoriyasındadırlar. Bu, imperator pinqvinlərinin nəsli kəsilməkdə olan növlər arasında olduğunu göstərir.
Mənbə: Bilim Genç Tübitak
Tərcümə etdi: Aydan Qasımova
