Bu gün:

Göz sağlamlığını qoruyan 4 vitamin


Göz xəstəlikləri mütəxəssisi Dr. Fatih Atmaca, bildirib ki, nə qədər sağlam qidalansanız, görmə qabiliyyətinizin bir o qədər yaxşı və kəskin olacaq. Atmaca sağlamlığa faydalı olan vitamin və mineralları sıraladı.


Vitamin A

A vitamini göz sağlamlığı üçün ən vacib vitaminlərdən biridir. A vitamini və ya retinol olmadıqda, "gecə korluğu" adlanan gecə görmə problemi, göz yaşlarının azalması və buynuz qişada problemlər meydana gəlir. Vitamin A yaşıl və sarı tərəvəzdə, meyvələrdə, yumurta ilə süd kimi heyvan mənşəli qidalarda, qaraciyər, portağal, yerkökü, kartof, ispanaq, kələm, manqo, qovun kimi ərzaqlarda olur.

Vitamin B2

B2 vitamini çatışmazlığında gözlərdə yanma və işığa qarşı həssaslıq, hətta katarakt meydana gəlməsi görülə bilər. Vitamin B2 gözdə katarakt əmələ gəlməsinin qarşısını alır, göz yorğunluğunu aradan qaldırır, miqren hücumlarını azaltmağa kömək edir. B2 vitamini xüsusilə ət, qaraciyər, toyuq, balıq, yaşıl yarpaqlı tərəvəzlər, paxlalılar, dənli bitkilər, yağsız süd, qatıq, yumurta sarısı, pendir, çobanyastığı, gicitkən, adaçayı, brokoli və ispanaqda olur.

Vitamin C

Vitamin C günəş işığından qoruyaraq katarakta əmələ gəlməsinin qarşısını ala bilər. Bundan əlavə, kifayət qədər miqdarda C vitamini qəbul etmək, diabet səbəbiylə gözün sinir və damarlarının zədələnməsinin qarşısını alır. Çünki C vitamini yüksək qan şəkərinin yan təsirlərinin qarşısını alan təsirə malikdir. C vitamini, demək olar ki, bütün təzə meyvə və tərəvəzlərdə olur. Xüsusilə, qızılgül, əhəng, portağal, qreyfrut, qarağat, yaşıl bibər; C vitamininin ən vacib mənbələrindən biridir.

Vitamin E

Vitamin E alfa tokoferol tipli antioksidantdır.Yəni alfa tokoferol orqanizm üçün zərərli olan zəhərli maddələrin xaric olmasına kömək edir. E vitamini ilə zəngin qidalar; kərə yağı, qırmızı ət, ispanaq, brokoli, kivi, manqo, banan, zeytun yağı, günəbaxan yağı, günəbaxan, qoz və badam kimi yaşıl yarpaqlı tərəvəzlər.

Sink

Sink görmə qabiliyyətinin inkişafı, göz yaralarının qarşısını almaq üçün lazımdır. Sink-toyuq, yumurta sarısı, süd və süd məhsulları, pendir, balıq, kartof, qoz, badam, arpa, quru lobya, kələm, günəbaxan tumları, qaraciyər, quzu, mal əti, tam buğda çörəyi və dənli bitkilərdə olur.

Maqnezium

Maqnezium çatışmazlığı olan diabet xəstələri torlu qişada əhəmiyyətli problemlər yarada bilər, çünki maqnezium qan şəkərini tənzimləmək qabiliyyətinə malikdir. Tərkibində maqnezium olan qidalar-fındıq, paxlalı bitkilər, ispanaq, tam taxıl, fıstıq, pendir, toyuq, biftek, kartof, portağal, pomidor, soğan, qatıq, yerkökü, kərəviz, kahı, pırasa, əncir, üzüm, xurma və çovdar kimi yaşıl yarpaqlı tərəvəzlərdir.

Omeqa

Omeqa 3 və omeqa 6 optik sinirlərin inkişafında mühüm rol oynayır.Omeqa 3 və 6 kətan toxumu qarğıdalı soya və günəbaxan yağından əldə olunur.

Mənbə : Sözcü

Tərcümə edən: Samirə İsmayılova

Paylaş
Şərh əlavə et