Bu gün:

Səyahət etmək insana nələr qazandırır?


Çox gəzənmi çox bilir və ya çox oxuyanmı çox bilir? Bu sual illərdir verilir və hər kəs özünəməxsus şəkildə cavab verir. Cənab İlber Ortaylının dediyi kimi: “ Çox oxuyaraq, gəzən” fikrini qəbul edirəm. İstər akademik iş, istərsə də şəxsi maraq üçün. Səyahət etmək, mövzu ilə bağlı daha sağlam biliyə sahib olmaq, ziyarət edilən coğrafiyanın mədəniyyətini və tarixini yaşamaq və buna görə də daha obyektiv məlumat əldə etmək çox vacibdir. Təbii ki, səyahətin faydaları bununla məhdudlaşmır.

1- Üfüqlərimiz genişlənir

Səyahət hər şeydən əvvəl müxtəlif coğrafiyaları və mədəniyyətləri tanıyaraq dünyagörüşümüzü genişləndirir. Qazandığımız təcrübələr sayəsində təxəyyülümüz inkişaf edir, buna görə də "həyatın müxtəlif rənglərini" kəşf edir, həyatı daha sağlam şəkildə şərh edir, daha keyfiyyətli həyat keçiririk.

2-Özümüzə inam qazanırıq

Səyahət etməyin ən mühüm faydalarından biri, şübhəsiz ki, özünə inamdır. Oturduğumuz yerdən nə öz potensialımızı tam reallaşdıra, nə də dünyanı düzgün şərh edə bilirik. Ancaq təhlükəsiz limanımızı tərk edib uzaqlara gedərək problemləri həll etməyi, burada qarşılaşacağımız gözlənilməz vəziyyətləri və yaşayacağımız müxtəlif macəraları öyrənirik. Bu, həm sosial həyatda, həm də iş mühitində özümüzə inam yaradır.

3- Ön mühakimələrimizdən qurtuluruq

Səyahət həm də ön mühakimələrimizi qırmağa kömək edir. Bir mədəniyyət və onun insanlarını heç tanımadan şərh etmək onu göstərir ki, biz bunu asan qəbul edirik və bilmədən onlar haqqında mənfi fikir sahibi oluruq. Səyahət etmək bizə mədəniyyətləri və inancları yerindəcə araşdıraraq ön mühakimələrimizdən qurtulmağa imkan verir. Onda biz bunu həyatımızın hər sahəsində əks etdirə bilərik.

4-Unudulmaz xatirələrimiz var

Pandemiya dövründə səyahət edə bilməyin nə qədər böyük bir imtiyaz olduğunu anladıq. Biz karantinə görə deyil, başqa şəhərə hətta məhdudiyyətli küçələrə belə getmək üçün qayıdıb "xatirələrimizi qucaqladıq" . Səyahət etməklə, geriyə baxdığımızda üzümüzdə təbəssüm yaradacaq və pandemiya dövründə olduğu kimi ayaqlarımız gedə bilmədiyi zaman bizi minlərlə uzaqlara apara biləcək xatirələr toplayırıq. Həyat xatirələrdən ibarətdir, elə deyilmi?

5- İntellektimiz inkişaf edir

Mümkün olduqda büdcəmiz daxilində səyahət etmək və fərqli təcrübələrə sahib olmaq zəkamızı artırır. Çünki insan eyni şeyi görəndə, eyni şeyi edəndə onun ağlı da buna öyrəşir. Bu həm də ruhi cəhətdən insanı "çökdürür". Elə isə siz olun, hər fürsətdə ayağa qalxın və səyahət edərək həyata daxil olun. 

6-Arzularımızı gerçəkləşdiririk

Televiziyada bədii filmə, sənədli filmə baxanda və ya sosial şəbəkələrdə bəzi şəhərlərə, abidələrə, muzeylərə, mənzərələrə baxanda ah çəkirik və arzulayırıq ki, bu yerləri yaxından görə biləydim, ölənədək buranı ziyarət etməliyəm. Səyahət etmək bu cür xəyallarımızı gerçəkləşdirməyə kömək edir. 

7- Özümüzü dinləyirik

Gündəlik həyatda özümüzə tez-tez soruşduğumuz həyatdan gözləntilərim nədir? Mən hansı gələcəyə sahib olmaq istəyirəm? İşimi dəyişdirməliyəm?” Bu kimi suallara darıxdırıcı gündəlik işlərdən və problemlərdən uzaq, sakit bir mühitdə qərar vermək lazımdır. Bu kontekstdə səyahətə çıxmaq fikri çox məntiqli bir seçimə çevrilir. Həyatın bizə təqdim etdiyi kəskin yol ayrıclarından hansına üz tutacağımıza qərar verməzdən əvvəl yaşadığımız yerdən uzaqlaşaraq öz daxili hesabımızı aparmalıyıq. Səyahət etmək və başqa yerləri görmək əhvalımızı dəyişir və motivasiya verir. Beləliklə, daha yaxşı qərarlar qəbul edə bilərik.

Yuxarıda sadaladığımız kimi səyahətin insan həyatına çoxlu töhvələri var. Bu siyahını daha da uzatmaq olar. İnanın, səyahət etmək insanın həyatına edə biləcəyi ən dəyərli sərmayələrdən biridir. Çətin iqtisadi şəraitdə belə, yerləşdiyimiz şəhərə qısa bir səfər etməklə lazımsız xərclərdən qaçmalı və bunu həyat tərzinə çevirməliyik. 

Səyahət zamanı muzey ziyarətləri biliklərin artırılması baxımından çox əhəmiyyətlidir. 

Mənbə: New loggers

Tərcümə etdi: Nuran Əhmədzadə 








Paylaş
Şərh əlavə et