Bu gün:

Ukrayna Rusiya gəmisini Liviya sahillərində vurub


Ukrayna Prezidenti Volodimir Zelenski Liviya sahillərində Rusiyaya məxsus “MV ANGARA” quru yük gəmisi və Rusiya Hərbi Dəniz Qüvvələrinə aid “Merkuriy” korvetinə hücumlar həyata keçirdiklərini bildirib.

24media.az TRT Xəbərə istinadən xəbər verir ki, Zelenski sosial media hesabında etdiyi paylaşımda Rusiya ordusunun Ukraynaya qarşı hücumlarına cavab verməyə davam etdiklərini qeyd edib.


Zelenski Ukrayna Təhlükəsizlik Xidməti (SBU) və təhlükəsizlik qüvvələri tərəfindən Liviya sahillərində Rusiyaya məxsus “Merkuriy” korvetinə hücum edildiyini və gəminin batdığını bildirib.


Zelenski mesajında “Korvetlə birlikdə ‘Ka-27’ döyüş helikopteri də məhv edilib”, – deyə qeyd edib.


O, Liviya sahillərində Rusiyaya məxsus “MV ANGARA” quru yük gəmisinə də hücum edildiyini və əməliyyat zamanı Ukrayna istehsalı olan ümumilikdə 7 pilotsuz dəniz aparatından istifadə olunduğunu bildirib.


Zelenski sözügedən quru yük gəmisinin Rusiya tərəfindən silah daşınması üçün istifadə edildiyini iddia edib. O, həmçinin hücumların əks olunduğu görüntüləri də paylaşıb.


Nəzrin Nəsirova

Paylaş
Şərh əlavə et