“Grand Theft Auto VI” satışa çıxarıldığı ilk 24 saat ərzində 3,79 milyard dollar gəlir əldə edərək əyləncə sənayesi tarixində ən böyük debüt rekorduna imza atıb.
24media.az TRT Haber saytına istinadən xəbər verir ki, Rockstar Games-in açıqlamasına görə, oyun satışa çıxmazdan əvvəl 32,5 milyon ədəd öncədən sifariş edilib. Bildirilib ki, GTA VI-nın ilk gün gəliri 2013-cü ildə satışa çıxarılan GTA V-in eyni müddətdə əldə etdiyi təxminən 800 milyon dolları geridə qoyub. Məlumata əsasən, oyunun gəlirləri dünya üzrə təxminən 2,94 milyard dollar qazanan “Avengers: Endgame” filminin kassa gəlirlərini də üstələyib. Qeyd edək ki, GTA VI-nın uğurunun oyunun istehsalçısı Rockstar Games-in ana şirkəti Take-Two Interactive-in maliyyə göstəricilərinə müsbət təsir edəcəyi gözlənilir.
Fidan Mənsimova
