Bu gün:

Türkiyədə polad zavodunda baş verən partlayış nəticəsində 16 nəfər həlak olub


Türkiyənin qərbində yerləşən İzmir vilayətinin Əliağa rayonundakı HABAŞ dəmir və polad zavodunda güclü partlayış baş verib.Hadisə nəticəsində 16 nəfər həyatını itirib, 13 nəfər isə xəsarət alıb. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

24media.az Reuters-ə istinadən bildirir ki, ilkin məlumatlara əsasən, hadisə maye poladın tökülməsi prosesi zamanı baş verib. Zavodda istifadə olunan böyük kranın sobanın üzərinə düşməsi partlayışa və ardınca güclü yanğına səbəb olub. Hadisə yerinə yanğınsöndürənlər, təcili tibbi yardım və xilasetmə qrupları cəlb edilib.

Xəsarət alan şəxslər xəstəxanalara yerləşdirilib. Hadisənin başvermə səbəblərinin və mümkün səhlənkarlıq hallarının müəyyənləşdirilməsi məqsədilə hüquqi və inzibati araşdırmalara başlanılıb. Türkiyə rəsmiləri faciə ilə bağlı təəssüflərini ifadə ediblər. 

Emiliya Vəlicanova

Paylaş
Şərh əlavə et