Polşanın Krakov şəhərində baş verən silahlı hücum nəticəsində altı nəfərin ölümündə şübhəli bilinən 24 yaşlı şəxs xəstəxanada vəfat edib. Hadisə zamanı 16 nəfər yaralanıb.

24media.az The Guardian-a istinadən xəbər verir ki, Böyük Britaniya vətəndaşınında həlak olduğu hadisə Krakovun izdihamlı mərkəzi meydanında baş verən nadir kütləvi atışma kimi qeydə alınıb.
Rəsmi adı açıqlanmayan 24 yaşlı Polşa vətəndaşı şənbə günü günortadan sonra şəhərin əsas meydanında atəş açıb. Polşa hökümətinin nümayəndələrindən biri hücumun ifrat sağçı ideologiyanın təsiri altında törədilmiş ola biləcəyini bildirib.
Polis əməkdaşları ilə atışma zamanı yaralanan şübhəli şəxs ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
“Faciəli hadisənin törədicisinin bu gün səhər saatlarında xəstəxanada vəfat etdiyini bildirmək istəyirik”, - Malopolşa polisinin bazar ertəsi sosial şəbəkədə yaydığı açıqlamada qeyd olunub.
Fərid Tapdıqov
