Polşanın Krakov şəhərinin mərkəzində altı nəfəri, həmçinin öz valideynlərini və bacısını evlərində öldürməkdə şübhəli bilinən silahlı şəxs xəstəxanada vəfat edib. Bu barədə Polşa polisi məlumat verib.
24media.az BBC News saytına istinadən xəbər verir ki, 24 yaşlı şübhəli şəxs ifrat sağçı ideologiyalardan təsirlənib. O, şənbə günü Polşanın ikinci ən böyük şəhəri olan Krakovun mərkəzində atəş açdıqdan sonra yaralanıb.
Silahlı insidentə müdaxilə edən polis əməkdaşları hadisə yerinə gəlib və şübhəli şəxslə atışmaya giriblər. Rəsmilərin sözlərinə görə, hücum başlayandan cəmi üç dəqiqə sonra şübhəli şəxs güllələnib. Bununla da daha çox insanın öldürülməsinin qarşısı alınıb.
Nərmin Nəcəfova
