Bu gün:

Tramp: İranla bağlı əməliyyatları müharibə deyil, işğal adlandırmaq olar


ABŞ Prezidenti Donald Tramp İrana qarşı hücumların müharibə hesab edilmədiyini iddia edərək, ölkəsinin Hörmüz boğazına nəzarət etdiyini bildirib.

24media.az TRT Haber saytına istinadən xəbər verir ki,Tramp bu açıqlamanı Floridadakı NASA-nın Kennedi Kosmik Mərkəzindəki çıxışından sonra jurnalistlərə verib. Rusiya ilə Ukrayna arasındakı qarşıdurmanı müharibə adlandıran Tramp, İrana qarşı hücumlara fərqli yanaşdığını bildirib.“Bəlkə də biz sadəcə işğalçı mövqedəyik. Çünki Hörmüz boğazı bizim nəzarətimizdədir. Hazırda Hörmüz boğazından tarixinin istənilən dövründəkindən daha çox neft çıxarırıq”, – deyə ABŞ Prezidenti qeyd edib. Tramp İranla bağlı vəziyyəti müharibə adlandırmağın düzgün olmadığını müdafiə edib. O, altı ay ərzində heç kimin xəsarət almadığı bir vəziyyətin müharibə sayıla bilməyəcəyini söyləyib.Qeyd edək ki, Pentaqon oktyabr ayında ABŞ və İsrailin İrana hücumları ilə başlayan müharibədə həlak olan amerikalı hərbçilərin sayının 23-ə çatdığını açıqlayıb.

Fidan Mənsimova

 

Paylaş
Şərh əlavə et