Bu gün:

Konqo Demokratik Respublikasında silahlı hücum nəticəsində 33 nəfər həlak olub


Konqo Demokratik Respublikasının şərqində yerləşən Şimali Kivu əyalətində silahlı qruplaşmanın həyata keçirdiyi hücum nəticəsində azı 33 mülki şəxs həyatını itirib. Reuters agentliyinin məlumatına görə, İŞİD ilə əlaqəli olduğu bildirilən silahlı şəxslər Cantine-Aloya kəndinə hücum edərək bir sıra evləri və tibb məntəqəsini yandırıblar.

24media.az Reuters-ə istinadən xəbər verir ki, hücum zamanı yaxınlıqdakı xəstəxanadan təxminən 180 xəstə təxliyə olunub. Onların arasında Ebola virusuna yoluxduğu təsdiqlənmiş bir nəfər və virusa yoluxmasından şübhələnilən beş xəstə də olub. Bu vəziyyət bölgədə virusun daha geniş yayılması ilə bağlı narahatlıqları artırıb.

Yerli hakimiyyət orqanları hücum nəticəsində ölənlərin sayının arta biləcəyini istisna etmirlər. Güclü yağışın axtarış-xilasetmə və araşdırma işlərini çətinləşdirdiyi bildirilir. 

Emiliya Vəlicanova

Paylaş
Şərh əlavə et