Bu gün:

Pakistanlı astronavt Çin kosmik missiyasında iştirak edəcək


Çin dövlət mediasının şənbə günü verdiyi məlumata görə, Pekinin "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsindəki ikitərəfli əməkdaşlığın bir hissəsi olaraq, pakistanlı bir astronavt bu il həyata keçiriləcək "Şençjou-24" missiyası çərçivəsində Çinin kosmik stansiyasına qoşulacaq.

24media.az Reuters-ə istinadən xəbər verir ki, Çin İnsanlı Kosmik Uçuşlar Agentliyinə istinadən xəbər verən CCTV telekanalı bildirir ki, kosmik stansiyaya gedən ilk əcnəbi şəxs missiyada "yük mütəxəssisi" (payload specialist) qismində iştirak edəcək.


Çin tərəfi astronavtın kimliyini açıqlamasa da, Pakistan kosmik agentliyinin bir rəsmisi sentyabr ayında "Reuters" agentliyinə bildirib ki, pilotlar Zişan Əli və Xürrəm Davud Pekindəki Çin Astronavtların Tədqiqat və Təlim Mərkəzində bir missiya üçün aylarla təlim keçiblər.


Pekin missiyanın dəqiq tarixini hələ açıqlamayıb.


CCTV-nin məlumatına görə, astronavt orbitdə qısamüddətli uçuşu başa vurduqdan sonra "Şençjou-23" (Shenzhou-23) kosmik gəmisi ilə Yerə qayıdacaq.


Bu, Pekinin kosmik diplomatiyası çərçivəsində, Çinin insanlı kosmik proqramı tarixində həm çinli, həm də əcnəbi astronavtların iştirak etdiyi ilk birgə kosmik uçuş olacaq.


Aygül Alıyeva

Paylaş
Şərh əlavə et