ABŞ-də aralıq seçkilərdə səslərin sayılması hələ də davam edir, lakin siyasi mənzərə artıq 2028-ci ildə keçiriləcək prezident seçkilərinə doğru dəyişməyə başlayıb.
24media.az BBC News saytına istinadən xəbər verir ki, konqresdə əldə etdikləri böyük uğurlar Demokratlara üstünlük qazandırıb. Onlar prezident Donald Trampın yerinə kimin gələcəyini müəyyən edəcək növbəti seçkilərə
hazırlaşarkən siyasi baxımdan güclənəcəklər.
Lakin aralıq seçkilərdə yaxşı nəticə göstərmək iki il sonra Ağ Ev uğrunda keçiriləcək seçkilərdə qələbəyə zəmanət vermir. Məsələn, Barak Obama 2010-cu ildə Respublikaçılar böyük uğurlar qazansalar da, 2012-ci ildə yenidən prezident seçilmişdi.
Nərmin Nəcəfova
