1934-cü il noyabrın 9-da anadan olan Karl Edvard Saqan ABŞ astronomu, astrobioloqudur. O, həm də elmin təbliğ edilməsi istiqamətində gördüyü işlərlə tanınır. O, astrobiologiyanın qabaqcıllarından biridir və Yerdən kənar kəşfiyyat axtarışının inkişafına böyük töhvə verib.

"Haradasa inanılmaz bir şey kəşf olunmağı gözləyir".
"Elm sadəcə biliklər toplusu deyil. Bu, bir düşüncə tərzidir, kainatı şübhə ilə sorğulamaq üsuludur" .
"Elmi izah etməmək mənə əxlaqsız görünür. Aşiq olanda onu bütün dünyaya elan etmək istəyirsən" .
"İndini anlamaq üçün keçmişi bilmək lazımdır" .

"Əgər bütün kainatda həyat yalnız Yerdə mövcud olsaydı, bu, kosmosun böyük itkisi olardı" .
"İnanmaq istəmirəm, bilmək istəyirəm" .
"Fövqəladə iddialar fövqəladə sübut tələb edir" .
"Sübutun olmaması yoxluğun sübutu deyil".
"Hakimiyyəti şübhə altına salan bəzi şeylərin doğru olduğunu iddia edənlərə şübhə ilə bağlı suallar verə bilmiriksə, o zaman rastlaşdığımız ilk şarlatan siyasətçi və ya din adamı tərəfindən aldanmağa açığıq" .
"Şimpanzelərin şüuru varsa, abstraksiya edə bilirlərsə, indiyə qədər "insan hüquqları" kimi müəyyən edilən şeylərə də sahib ola bilməzlərmi? Şimpanzeləri öldürmək nə qədər ağıllı fikirdir? Missionerlərdən onu iman gətirməyə layiq hesab etmək üçün başqa hansı keyfiyyətlər tələb olunur?"
" Tarixin ən acı dərslərindən biri budur: Əgər kifayət qədər uzun müddət aldadılmışıqsa, aldatma ilə bağlı hər hansı sübutu rədd edirik. Biz artıq həqiqəti tapmaqla məşğul deyilik. Aldatma bizi qəfəsə salıb. Özümüzə belə tələyə düşmüş olduğumuzu etiraf etmək çox ağrılıdır".
"DNT-mizdəki azot, dişlərimizdəki kalsium, qanımızdakı dəmir, alma piroqumuzdakı karbon çökən ulduzların içərisində yaradılmışdır. Biz ulduzların materialından yaradılmışıq" .
"Onun haqqında bir söz: Karl hər kəsin elmi təhsilə sahib olmasının vacibliyini bilirdi. Hər kəsin alim olmasını gözlədiyi üçün yox, real dünyanın necə işlədiyini, ən azı müəyyən dərəcədə bilməli olduğunu hiss etdiyi üçün" . James Randi

Solğun mavi nöqtə Voyager 1qurğu tərəfindən rekord məsafədən çəkilmiş Yerin fotoşəkilidir. Fotoşəkil kosmosun sonsuzluğunda tək dünyanı göstərir.
Bu fotonu şərh etdiyi əfsanəvi sözləri:
Bu nöqtəyə bir daha baxın. Bizim evimizdir. Bu bizik. Sevdiyiniz və tanıdığınız, eşitdiyiniz, yaşayan və ya ölən hər kəs onun üzərindədir. Bütün sevincimizin və kədərimizin, bir-birinə zidd olan minlərlə dinlərin, ideologiyaların və iqtisadi təlimlərin məcmusu. Hər ovçu və toplayıcı, hər qəhrəman və qorxaq, hər sivilizasiya qurucusu və dağıdıcısı, hər padşah və əkinçi, hər aşiq cütlük, hər ana və ata, hər ümidli uşaq, ixtiraçı, kəşfiyyatçı, əxlaq müəllimi, korrupsioner siyasətçi, bəşər tarixi boyu hər super ulduz onun üstündə, hər bir ali rəhbər, hər bir müqəddəs və günahkar - Günəş işığı şüasının üstündə asılmış o toz zərrəsidir.
Dünya kainatın sonsuzluğu qarşısında çox kiçik bir mərhələdir. Qələbələri ilə bir anlıq toz dənəsinə sahib olan bütün o generalların və imperatorların tökdüyü qan çaylarını düşünün. Bir zərrənin bir küncündə yaşayanların o biri küncdən onlara bənzəyənlərin sonsuz əzablarını, nə qədər səhv etdiklərini, bir-birlərini öldürməyə necə can atdıqlarını, bir-birlərinə nə qədər nifrət etdiklərini düşünün.
Öyünmələrimiz, özümüzə əhəmiyyət verməyimiz, kainatdakı imtiyazlı mövqemizlə bağlı aldatmalarımız hamısı bu solğun işıq ləkəsi ilə parçalanır. Planetimiz onu əhatə edən məkanın qaranlığında tənha bir toz zərrəsidir. Bu böyük boşluqda itmiş olduğumuz halda, bizi özümüzdən xilas etmək üçün bizə kömək edəcək heç kim yoxdur.
Yer üzərində həyat olduğunu bildiyimiz yeganə planetdir. Ən azından yaxın gələcəkdə gedəcək başqa yerimiz yoxdur. Ziyarət edə bilərik, amma hələ yerləşə bilmirik. İstəsək də, istəməsək də, hazırda Yer sığına biləcəyimiz yeganə yerdir.
Astronomiyanın alçaldıcı və təcəssüm etdirən bir təcrübə olduğu deyilir. Bəlkə də, insan təkəbbürünün nə qədər axmaq olduğunu göstərən daha yaxşı bir fotoşəkil yoxdur. Düşünürəm ki, bu, bir-birimizə və bu mavi nöqtəyə, yeganə evimizə daha yaxşı davranmaq məsuliyyətimizi vurğulayır. Bizim sahib olduğumuz tək şey budur.
Mənbə: Onedio
Tərcümə etdi: Nuran Əhmədzadə
