Bu gün:

MDU “Round University Ranking” reytinqində ilk uğuruna imza atdı


Mingəçevir Dövlət Universiteti (MDU) ilk dəfə olaraq nüfuzlu “Round University Ranking” (RUR) beynəlxalq reytinqində iştirak edib.

24media.az xəbər verir ki, universitet debüt ilində Azərbaycanın ali təhsil müəssisələri arasında 12-ci yerdə qərarlaşıb. Dünya üzrə isə MDU 1198-ci mövqedə yer alıb.

Bu nəticə MDU-nun son illərdə keyfiyyətli ali təhsil, elmi fəaliyyətin gücləndirilməsi, beynəlxalqlaşma və institusional inkişaf istiqamətində həyata keçirdiyi ardıcıl islahatların mühüm göstəricisi kimi qiymətləndirilir.

Qeyd edək ki, RUR beynəlxalq reytinq sistemində universitetlərin fəaliyyəti dörd əsas istiqamət — tədris, tədqiqat, beynəlxalq müxtəliflik və maliyyə dayanıqlılığı indikatorları üzrə dəyərləndirilir. MDU-nun bu siyahıda təmsil olunması universitetin qlobal ali təhsil məkanına inteqrasiyası və beynəlxalq nüfuzunun artırılması baxımından əhəmiyyətli addımdır.

Bildirilib ki, MDU bundan sonra da beynəlxalq reytinqlərdə mövqeyini daha da gücləndirmək, təhsil və tədqiqat keyfiyyətini yüksəltmək, eləcə də rəqabətqabiliyyətli müasir universitet modelinin formalaşdırılması istiqamətində fəaliyyətini qətiyyətlə davam etdirəcək.

Həvva Cəbrayılova

Paylaş
Şərh əlavə et