Ukrayna Prezidenti Volodimir Zelenski Donald Trampın Rusiya dizel yanacağının ABŞ-yə idxalı ilə bağlı razılaşmasını pisləyib.
24Media.az BBC News-a istinadən xəbər verir ki, Volodimir Zelenski bu razılaşmanı Rusiya Prezidenti Vladimir Putinə verilən hədiyyə adlandırıb. O bildirib ki, bu razılaşma “bitirilməli olan müharibəyə son qoymaq əvəzinə, onu uzatmağa yönəlmiş bir sərmayədir”.
ABŞ Prezidenti Donald Trampın sözlərinə görə, Rusiya dərhal ABŞ və dünya bazarına 300 min tondan çox dizel yanacağı göndərməyə razılıq verib. Noyabr ayında daha 500 min ton, bundan sonra isə əlavə 1 milyon ton yanacağın göndərilməsi nəzərdə tutulur.
Razılaşma çərçivəsində ABŞ Maliyyə Nazirliyinin Rusiya dizel yanacağının ixracına tətbiq olunan sanksiyaları aprelin 7-dək dayandırdığı bildirilir. Bununla belə, ABŞ banklarında saxlanılan Rusiya aktivləri də daxil olmaqla, digər aktivlər dondurulmuş vəziyyətdə qalır.
Mənbə: BBC News
Tərcümə etdi: Nərmin Nəcəfova
