Bu gün:

Quba rayonunda zəlzələ baş verib


Quba rayonunda zəlzələ qeydə alınıb.

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 20:56-da baş verən zəlzələnin maqnitudası 4,9 olub, ocağı isə 13 kilometr dərinlikdə yerləşib.

Zəlzələ episentrdə 5 bala yaxın hiss olunub.

Piranə Xasiyeva

Paylaş
Şərh əlavə et