Bu gün:

Bəlkə yemək deyil, duyğularınızı yeyirsiniz


Qidalanma yalnız fiziki aclığımızı doyurmaq deyil, bəzən duyğularımızı qidalandırmaq üçün də yemək yeyirik. İnsan əsəbi olarkən yeməyə daha çox üz tutur.


Bu tip insanlar depressiyadan çıxmaq üçün daha çox yemək yeyirlər. Elə qidalar da vardır ki, insanın sinir sisteminə zərər vurur.


Hər kəs emosional olaraq rahatlamaq istəyir. Fiziki aclıq və emosional aclıq fərqli xüsusiyyətlərə malikdir. Duyğusal yemək daxili narahatlıqlardan qaynaqlanır. Stress, cansıxıntısı və tənhalıq sizi yeməyə vadar edə bilər. Şəxsi narahatlıqları müəyyənləşdirmək emosional yemək vərdişlərinizi idarə etmək üçün açardır. Duyğularımız yemək vərdişlərimizə əhəmiyyətli dərəcədə təsir göstərir. Duyğular nə yediyimizə, nə qədər yediyimizə və hətta nə qədər tez yediyimizə təsir edə bilər. Mənfi emosiyaları təyin etməklə qidalanmağımızı da nizama sala bilərik. 


Mənbə:uplifers 

Tərcümə etdi:Tərlanə Abdullayeva

Paylaş
Şərh əlavə et