
Gündəlik həyatda istifadə etdiyiniz melanxoliya, melanxolik kimi terminlərin mənaları bəzən maraq doğurur. Psixoanalitik məktəbdə melanxoliya sözü ilk dəfə Ziqmund Freydin 1917-ci ildə nəşr etdirdiyi Trauer und Melancholie (matəm və melanxoliya) məqaləsində rast gəlinir. Bəs melanxolik tam olaraq nədir, melanxolik insanları necə başa düşmək olar? Melanxoliya günümüzdə daha çox depressiya nəticəsində yaranan, insanın adi haldan daha az aktiv və həyəcanlı həyat tərzi sürdüyü əhval pozğunluğu mənasında işlədilir. 2000 ildir ki, ruhi xəstəliklərin bütün təsnifatlarına daxil edilmişdir. İndi bu termini işlətmək əvəzinə “depressiya” ifadəsi işlədilir. Bu gün melanxoliya termini istifadə edildikdə ağır və ya psixotik depressiyanın mövcudluğu başa düşülməlidir. Daha çox 30 yaşdan sonra yaranan melankoliyanın səbəbləri müxtəlif ola bilər.
Melankoliyaya səbəb olan nədir?
Psixofizioloji amillərə üzvi, toksik, yoluxucu, travmatik, hormonal, nevroloji, sosial-iqtisadi səbəblər daxildir.
Melanxolik nə deməkdir?
Melanxoliya tənhalıq və kədər vəziyyəti kimi tanınsa da, əslində, psixolojidir. Bu, depressiya hissi və səbəbsiz bir şey etmək istəməmə kimi özünü göstərir. Əvvəllər şizofreniyaya bənzər daha ciddi və fiziki pozğunluqlara söykənən melanxoliya özü ilə müəyyən bir mədəniyyət və kult gətirmişdir. Bu gün sevgi və ya şəxsiyyət qarışıqlığı kimi emosional səbəblərlə əlaqələndirilir.
Melankoliyanın 8 mərhələsi
1. Yüngül formalar: Daxili orqan şikayətləri, ağrılar, qəbizlik, yuxusuzluq durğunluq, zəiflik, hezeyanlar.
2. Subakut melanxoliya (melanxolik depressiya): Zəiflik, yorğunluq, taqətsizlik, süstlük, sevincsizlik.
3. Nevrastenik forma: Yorğunluq, iş qabiliyyətinin itirilməsi, diqqət və yaddaşın zəifləməsi, baş ağrısı, ürək döyüntüsü, mədə-bağırsaq pozğunluğu.
4. Stuporous forma: Komada kimi yatmaq, yəni durmaq istəməmək.
5. Həyəcanlı forma: narahatlıq və hiperaktivlik yaranır.
6. Delusional melanxoliya: Paronoid (şübhə), başqalarını və özünü günahlandırma, aşağılıq kompleksi.
7. Hallucinatory melancholia: Yuxular görünə bilər.
8. Xroniki melanxoliya: Uzun müddət davam edən tipdir. Bu xəstəliyi xəstəxanada müalicə etmək lazımdır. Elektroşok və dərman müalicəsi tətbiq olunur.
Mənbə: Hürriyet
Tərcümə etdi: Aydan Qasımova
