Əksər insanlar introvert olmağı natamamlıq və ya əlverişsiz hesab edirlər. Əslində, bunlar fərqli anlayışlardır. İntrovertlərin həyatda şanssız və ya uğursuz olduğu düşünülür, lakin, əslində, onların ətraf mühitə və həyatlarına qarşı unikal xüsusiyyətləri var. Bu xüsusiyyətlər şəxsiyyətinizi gücləndirə və uğurlu insan olmağınıza zəmin yarada bilər. Həmin xüsusiyyətləri üstünlüklərə çevirmək isə sizin əlinizdədir.

1) İntrovertlər öz enerjilərini doldura bilirlər
İntrovert insan enerjisini necə yeniləyə bilər? Yalnız bir az vaxt çox zaman kifayət edəcəkdir. Digər insanlar çöldə bir çoxları ilə vaxt keçirmək ehtiyacı hiss edərkən introvertlər üçün kitab oxumaq, film izləmək, oyun oynamaq özlərini təzələməyə kifayət edir.
2) Müşahidə bacarıqları təkmilləşmiş olur
Hər şeyə kənardan baxmaq onlara fərqli baxış və müşahidə imkanı verir. Bu onlara tez-tez yaradıcılıq və problem həll etmə bacarığı tələb edən işlərdə uğur qazanmağa da şərait yaradır. Alimlərin, musiqiçilərin, ixtiraçıların və yazıçıların əksəriyyəti introvertdir.
3) Möhkəm dostluqlar qura bilirlər
Düzdür, introvertlərin digər insanlara nisbətən daha az dostu var, lakin onların dostluqları çox vaxt daha möhkəm və mənalıdır. Onlar üçün rahat və sərbəst olmaqdan əlavə, bir neçə yaxşı dosta sahib olmaq kifayətdir.
4) Danışdıqları mövzuya səthi yanaşmırlar
Qrup söhbətlərində insanların danışarkən dedikləri bəzən dərin, bəzən də səthi ola bilər. İntrovertlər tez-tez bilmədikləri və ya əmin olmadıqları bir şey haqqında səthi söhbətdən çəkinirlər. Danışdıqları mövzular haqqında, ümumiyyətlə , düşüncəlidirlər və mövzuya dərinlik qatırlar.
5) Mövzu üzrə əmin olanadək məlumat toplayırlar
Maraq və iş sahələrində onlar özlərini davamlı təkmilləşdirməyə və yeni biliklər əldə etməyə özlərini həsr edirlər. Bu onlara öz yeniliklərini saxlamağa və mövzular haqqında daha dərin biliklərə sahib olmağa imkan verir.
6) Yaxşı dinləyici olurlar
Adətən, insanlar öz düşüncələrini və hisslərini introvertlərlə daha rahat bölüşürlər və dinləyəcəklərini bilirlər.
7) Riskləri asanlıqla hiss edə bilirlər
İntrovertlər təmkinli və səbirli olduğu üçün daha rahat riskləri hiss edir və ona əsasən hərəkət edirlər.
8) Fonda işlərini həll edə bilirlər
İntrovertlər, əsasən, öz işlərini sakitcə və bildirmədən arxa planda həll edirlər.
9) Özlərini sərbəst hiss etməyi sevirlər
Çox zaman tək olmağı üstün tutduqları üçün kömək və ya dəstək istəməzlər. Qrup işinin isə onları ləngidəcəyini düşünürlər.
10) Çox ölçüb-biçərlər
Olduqları ortamı və insanları ölüb-biçməklə daha çox məşğuldurlar. Onlar üçün maraqlı olan ətrafında baş verənlər deyil, özlərini kəşf etməkdir.
Mənbə: ceotudent
Tərcümə etdi: Xədicə Qiyas
