ABŞ Prezidenti Donald Trampın əmri ilə Venzuelada həyata keçirilən hərbi əməliyyat nəticəsində Prezident Nikolas Maduro və həyat yoldaşı Çiliya Flores həbs edilərək Nyu-Yorkun Bruklin bölgəsindəki Metropolitan Həbs Mərkəzinə gətirilib.

Məlumata görə, şənbə günü Venzuelaya edilən zərbələr zamanı paytaxt Karakasdan çıxarılan Maduro və həyat yoldaşı, narkotik alveri ilə bağlı ittihamlarla üzləşəcək.
Venzuela hökuməti milli təhlükəsizlik vəziyyəti elan edərək, hadisəni "hərbi təcavüz" adlandırıb.
Tramp isə açıqlamasında ABŞ-nin məqsədəuyğun və məhkəmə prosesinə uyğun keçidə qədər Venzuelanı "idarə edəcəyini" bildirib. O, həmçinin ABŞ neft şirkətlərinin Venzuelanın zədələnən infrastrukturunu bərpa edəcəyini və ölkə üçün gəlir yaradacağını vurğulayıb.
Mütəxəssislər Trampın bu ifadələrinin Venzuelanın neft sərvətlərinə nəzarət məqsədi daşıya biləcəyini qeyd edir.
Vəziyyətin daha da gərginləşməsindən narahat olan beynəlxalq ictimaiyyət, regionda sabitliyin qorunması çağırışları edir.
Mənbə: BBC news
Tərcümə etdi: Fidan Ağayeva
