Bu gün:

ABŞ Venesuelaya hücum edib


ABŞ prezidenti Donald Trumpın bildirdiyinə görə, Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı saxlanılıb, ölkəyə "genişmiqyaslı" zərbələr endirilib.

Baş Prokuror Pam Bondi: "Maduro Nyu-Yorkda narkotik və silah ittihamları ilə ittiham olunub və Amerikan məhkəmələrində Amerikan ədalətinin tam qüvvəsi ilə üzləşəcək".

ABŞ Dövlət Katibi Marko Rubio bir respublikaçı senatorun sözlərinə istinadən, Venesuelaya qarşı əlavə tədbir gözləmədiyini bildirib.

Venesuela milli fövqəladə vəziyyət elan edərək, "son dərəcə ciddi hərbi təcavüzü" pisləyib. Hadisələr Trampın son həftələrdə Maduro üzərində təzyiqi artırmasının ardınca baş verib.


Mənbə: BBC news

Tərcümə etdi: Fidan Ağayeva

Paylaş
Şərh əlavə et