
Numerologiyada 7 rəqəmi tədqiqatçı deməkdir. 7 rəqəminin numerologiyada ən spesifik rəqəm olduğunu da deyə bilərik, çünki dərin bir məna daşıyır. 7 rəqəmi mükəmməl sevgi, pul , inkişaf, müdriklik və hüzur gətirdiyi üçün ona "uğurlar elementi” də deyilir. Çünki 7-nin təkrarlanan rəqəmləri və 777-nin yazılışını uğurlar gətirdiyinə inanılır. Bu həm də tarazlıq və daxili maariflənmənin simvoludur. Beləliklə, qapı nömrələrini, təqvimdə və avtomobilin nömrəsində 777 rəqəminə rast gəlsəniz, deyə bilərik ki, uğurunuza çatmağa az qalıb.
777 nə deməkdir?
Dünyada yayılan 777 fərqli mədəniyyətlərdə və inanc sistemlərində fərqli mənalara sahib olsa da, ən çox yayılmış mənalarından biri də bunlardır:

-Şans
-Bolluq
-Uyğunluq
-İnkişaf və tərəqqi
-Müsbət enerji
-Rifah və əmin-amanlıq
-Mənəvi və maddi yüksəliş
Bundan əlavə, bəzi inanclara görə 7 və 777 özündə sirli olan bir atmosferdir. Yəni insanı bilinməyənlərə can atmağa və daxili aləminin dərin sirlərini kəşf etməyə təşviq edir.
777 və niyyətlər
İstədiyiniz bir hədəfiniz varsa və ona nail olmağa çalışırsınızsa, 777 texnikalarını tətbiq etmək üçün əla bir vasitə ola bilər. Niyyətlərinizi aydın şəkildə ifadə edin, yazın, ucadan oxuyun, diqqətinizi məqsədinizin baş verməsinə yönəldin.
Tez-tez təkrarlanan 7 rəqəmləri ilə qarşılaşırsınızsa, bu kainatın sizə "niyyətləriniz üçün hərəkət edin" deməsi ola bilər.
Mənbə: Uplifers
Tərcümə etdi:Tərlanə Abdullayeva
