Bu gün:

ATMU-nun tərəfdaşlığı ilə beynəlxalq konfrans keçirilib


Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) tərəfdaşlığı, İsparta Tətbiqi Elmlər Universitetinin təşkilatçılığı və Niş Universiteti ilə Mekin Akademiyası əməkdaşlığı çərçivəsində keçirilən Multidisiplinar Elmlər üzrə 11-ci Beynəlxalq Konfrans (11th ICOMUS) uğurla başa çatıb.24media.az bildirir ki, “Rəqəmsallaşmadan kənar: Ağıllı cəmiyyətlər və yeni paradiqmalar” mövzusunda təşkil olunan konfransın açılış sessiyasında elm və təhsil sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Universitetin elmi məsələlər üzrə prorektoru İranə Əliyeva və rektor müşaviri Fərid Cabbarlı çıxış edərək ATMU-nun elmi inkişaf strategiyası, beynəlxalq əməkdaşlıq imkanları və ağıllı cəmiyyətlərin perspektivləri barədə fikirlərini bölüşüblər. Tədbir iştirakçıları “ağıllı” cəmiyyətlərin formalaşmasına dair təqdim olunan konseptual yanaşmaları böyük maraqla qarşılayıblar.

Üç gün davam edən konfransda 13 ölkədən 70-dən çox elmi məruzə dinlənilib. Azərbaycan, Türkiyə, İraq, İordaniya, Mərakeş, Sudan, Küveyt, Səudiyyə Ərəbistanı, Albaniya, Bolqarıstan, Rumıniya, Moldova və Misirdən olan alimlər tədbirdə iştirak ediblər. Sessiyalar zamanı süni intellekt, rəqəmsal transformasiya, “ağıllı” təhsil və ekoloji davamlılıq kimi mövzular əsas müzakirə predmeti olub.

İştirakçılar konfrans çərçivəsində təcrübə mübadiləsi aparmaq və beynəlxalq akademik əməkdaşlığı genişləndirmək imkanı əldə ediblər.

Tədbirin sonunda ATMU konfrans iştirakçılarına sertifikatlar və universitetin promo materiallarını təqdim edib.

Fatimə Hüseynova

Paylaş
Şərh əlavə et