
Həyatımız boyunca sevdiklərimizin ölümü, işdən çıxarılmaq, boşanma, xəyanət və sağalmaz xəstəlik kimi psixoloji cəhətdən travmatik təcrübələr yaşayırıq. Bu təcrübələr bizi narahat edir, nizamımızı pozur. Sanki bir fırtına gəlir və hər şeyi dağıtmaq istəyir və ya zəlzələ baş verir. Altımızdakı yer sürüşəndə sanki tarazlığımızı itiririk. İlk reaksiyamız müqavimət göstərmək, yəni “imtina etməkdir”. Bu vəziyyətdən imtina etmək və ya problemi uzatmaq əvəzinə vəziyyəti həll edə bilmək üçün çıxış yolu tapmaq daha yaxşıdır.
1. Baş verənləri qəbul edin
Nə olursa olsun, bunu təbii qəbul etməsəniz, zehni, fiziki və mənəvi cəhətdən daha çox çətinlik çəkəcəksiniz. Problemin çətinliyindən asılı olaraq, bu vəziyyət hətta xroniki xəstəliklərə səbəb ola bilər. Dərin, sakit bir nəfəs alıb "Oldu, qəbul edirəm, özümə etiraf edirəm ki, hər şey yaxşı olacaq" demək sizə kömək edəcəkdir.
2. Həyatınızdakı tarazlığı qoruyun
İnsan kainatdakı hər şeyi tarazlıqda saxlamaq istəyir. Həyatımızda travmalar təhlükə kimi qəbul edilir. Məsələn, uşaqlıqda atamızla sağlam bir münasibətimiz yox idisə və bu bizi incitdisə, böyüdükcə insan o boşluğu doldurmağa çalışır. Bu boşluqlar getdikcə travmalar çevirilir. İnsanlar özünəqapanan və çəkingən olurlar.
3.Bağışlamağı bacar
Bağışlamaq o demək deyil ki, bizim qürurumuz ayaq altına düşür. Bağışlamaq sizə çox sərbəstlik və rahatlıq verir, bağışlamamaq isə bu insanları daim ağlınızda və ürəyinizdə saxlamağınızdır. Qarşı tərəfi bağışlamadığınız halda şüurunuz onu daima xatırlayacaq.
4. Psixoloqdan kömək alın
Əgər mədəniz ağrıyırsa və ya mədənizdən narahatsınızsa, gedib müalicə alacaqsınız. Bəzi problemlər travmatikdir və öhdəsindən gələ bilmədiyiniz zaman mütəxəssis köməyi tələb olunur. Mütəxəssislər sizin psixi sağlamlığınız sahəsində həkim kimi çalışan təcrübəli insanlardır. Onlar bütün çətinlikləri sağlam və hüzurlu şəkildə keçməyinizə kömək edir. Travmalar həll edilə bilən məsələlərdir.
Mənbə: Uplifers
Tərcümə etdi: Tərlanə Abdullayeva
