"Spartak Moskva"-nın keçmiş oyunçusu Kuinsi Promes futbola qayıtmaq arzusundadır. O, verdiyi müsahibədə bu barədə danışıb.

Kokain qaçaqmalçılığı ilə məşğul olması və əmisi oğlunu bıçaqladığına görə 7,5 il müddətində azadlıqdan mərhum edilmiş futbolçu 2026-cı ilin sentyabrında apellyasiya məhkəməsinə çıxacaq. Qeyd edək ki, 33 yaşlı Promes daha öncə 5 övladına baxmaq üçün azadlığa buraxılmaq ümidi ilə məhkəməyə müraciət etsə də, aldığı cavab müsbət olmayıb.
O, "De Telegraaf"-a verdiyi müsahibədə bildirib:
"Azadlığa çıxanda formamı bərpa etmək üçün çox çalışacağam. Əgər yaxşı formada olsam, istənilən klub maraqlanacaq. Demək olar ki, birini tapacağıma əminəm. Artıq bu, futbol karyeramla bağlı deyil; sadəcə maliyyə yardımı ilə bağlıdır".
Mənbə: Чемпионат
Tərcümə etdi: Zeynəb Şahmarova
