Bu gün:

Karma nədir?


Yaşatdığını yaşamaq karmadır. Yaxşı və ya pis etdiyimiz hərəkətlər bir gün bizə qayıdır. Şəxsi həyatınızda etdiyiniz  haqsızlıq  sizə qayıda bilər və ya sizə yaşadılan pis günü həmin insan yaşaya bilər. Həyat bumeranqdır və karmada çox yaxşı işləməyi bacarır.


Karma yaratmamaq üçün:


Qəlb  qırmayın və qəddar olmayın, insanlarla sakit danışın. 


Eqonuzun artmasına icazə verməyin. 


Mühakimə etməyin və təkəbbürlü olmayın. 


Qəlbinizin səsini dinləyin və hüzurlu yaşayın. Ağlınızla etdiyiniz hər hansı bir seçim nəticə olaraq sizi doğru yola aparacaq. Ağılla düşünülən  və qəlblə hiss edilənləri hərəkətlərimizdə və ya seçimlərimizdə tarazlıqda saxlamaq əsasdır. 


Güclü iradəniz olması sizi həyatda hər zaman 1-ci edəcək. 


Özünüzün sərhədlərini pozmayın, çünki başqalarının oyuncağına çevirilə bilərsiniz. Yaxşılıq balansında istifadə olunmalıdır. Çünki Kainatın ən təməl qanunu “tarazlıq”dır. Əsas vəzifəmiz kainatda hər şeyi  tarazlaşdırmaqdır.


Mənbə: Habertürk

Tərcümə etdi: Tərlanə Abdullayeva

Paylaş
Şərh əlavə et