
Ailə terapevti Moraya Siqer DiQir deyir ki, həyat yoldaşları arasında dava və mübahisələrin olmaması evlilikdə ciddi problem əlaməti ola bilər. O, yaxınlaşan boşanmanın gözlənilməz əlamətini “She Knows” nəşrinə açıqlayıb.
Mütəxəssis qeyd edib ki, həyat yoldaşları arasında tam razılıq çox vaxt harmoniya və ailə xoşbəxtliyi əlaməti kimi səhv salınır. Əslində, münaqişələrin dayandırılması bəy və xanımın nikahlarını xilas edə bilməyəcəyi fikri ilə barışdıqlarını və artıq münasibətləri yaxşılaşdırmağa çalışmadıqlarını göstərə bilər.
Siqer DiQir qeyd edib ki, mübahisəsiz ailə həyatı bir-birinə olan maraqsızlığın əlaməti ola bilər: “Biz tez-tez düşünürük ki, həyat yoldaşlarımızı çox yaxşı tanıyırıq, lakin insanlar daim dəyişir. Bir-birinizin planları və düşüncələri haqqında suallar verməklə siz maraq oyadırsınız və keçmişə həsrət qalmırsınız”, - psixoterapevt deyib. O əlavə edib ki, bu cür söhbətlər mübahisəyə səbəb ola bilər, lakin başqasını dinləmək, öz mövqeyini ifadə etmək və kompromis tapmaq bacarığı son nəticədə münasibətlərə xeyir verir.
Mütəxəssis əlavə edib ki, adətən bir çox cütlüklər 5 illik evlilikdən sonra münaqişələrə başlayır. O, əmin edib ki, əgər biz daha dözümlü olsaq, hətta ciddi fikir ayrılıqları da həll oluna bilər və ailəni xilas etmək olar. Eyni zamanda, bu dövrdə ən çox rast gəlinən boşanma səbəbləri arasında fiziki və emosional zorakılıq, xəyanət, birlikdə vaxt keçirmək istəməmək, eləcə də bir-birinin mədəniyyətinə və tərbiyəsinə hörmətsizlik kimi halları qeyd edilib.
Mənbə: Lenta
Tərcümə etdi: Günel Məmmədova
