Bu gün:

İstənilən münasibəti məhv edən 3 səhv


Psixoterapevt Keytlin Kantor, onun fikrincə, istənilən bir münasibəti məhv edən üç səhvi dedi. O bu qəbuledilməz vərdişləri Psychology Today üçün müəllif köşəsində sadaladı.

Kantor qeyd edib ki, insanların əksəriyyətinin münasibətlərdə münaqişə və narazılıqlara səbəb olan vərdişləri var. Beləliklə, onun fikrincə, ilk qeyri-sağlam davranış nümunəsi özünüz üçün məsuliyyət götürmək əvəzinə, başqalarını günahlandırmaqdır. Psixoterapevt izah etdi ki, başqa insanların hərəkətlərinə nəzarət etmək mümkün deyil, ona görə də onların üzərində dayanmamalısınız. “Özünü təkmilləşdirmə potensialı başqa insana deyil, sizə bağlıdır”, - Kantor dedi.

Psixoterapevt, həmçinin öz fikirlərini başqalarına aid etməməyi tövsiyə etdi, çünki bu, narazılıq və mübahisələrə səbəb olur. “Məsələn, düşünürsən ki, bütün həmkarların səni axmaq hesab edir. Ola bilsin ki, siz haqlısınız, ya da ola bilsin ki, onlar məşğul olub, sizin haqqınızda heç düşünmürlər. Bunu dəqiq bilmək olmaz. Ancaq aydındır ki, siz özünüzü axmaq hesab edirsiniz və bundan narahat olursunuz”, - deyə psixoterapevt bir nümunə verdi.

Kantorun xəbərdar etdiyi son səhv digər insanların hərəkətləri ilə bağlı öz versiyalarınızı irəli sürmək və sonra onlara təsdiqlənmiş bir fakt kimi inanmaqdır. Mütəxəssis qeyd edib ki, belə uydurmalar insanlara əsl narahatlıq və kədər bəxş edir, nəticədə, münaqişələrə və münasibətlərin dağılmasına səbəb olur. Kantor bunun qarşısını almaq üçün digər insanların həyatına həqiqətən qarışmağı və onlardan hərəkətlərin əsl motivlərini öyrənməyi tövsiyə etdi.

Mənbə: Lenta.ru 

Tərcümə etdi: Günel Məmmədova

Paylaş
Şərh əlavə et