Bu gün:

Qəzəbli olduğunuz zaman sakitləşmək üçün 10 məsləhət


Gündəlik həyatınızda, məktəbdə, işdə, şəxsi həyatınızda bezdirici hadisələrlə qarşılaşmağınız mümkündür. Bu hadisələr ölçüsündən və mövcud vəziyyətinizdən asılı olaraq əsəblərinizi poza bilər. Lakin müxtəlif yollarla daha yaxşı hiss etmək mümkündür:

Portağal qabığını iyləyin

Soyulmuş portağalları iyləmək və ya portağal qabığının qoxusunu içinə çəkmək stressin təsirini azaldır. Bu şəkildə çox qısa müddətdə özünüzü yaxşı hiss edə bilərsiniz.

Geri sayın

Bəzən 10-dan 0-a və ya 100-dən 0-a qədər saymaq stressi azaltmağa təsir göstərir. Beləliklə, həm nəfəs alaraq, həm də sakitləşərək qarşıdakı işə yenidən diqqət yetirə bilərsiniz.

İstəklərinizi müsbət şəkildə ifadə edin

Gününüzə pis başlasanız və ya gün ərzində pis bir an yaşasanız belə, bəzən işlərinizin istədiyiniz kimi getməyə biləcəyini unutmayın. Həyat həmişə axınla getməyə bilər. Mövcud problemin keçmişdəki bir çox problemlər kimi həll ediləcəyi və ya tamamlanacağına diqqət yetirin.

"Xeyr" sözünə açıq olun

Gündəlik münasibətlərinizdə istəklərinizə yox cavabı ala bilərsiniz. Bu, tamamilə normal haldır, ona görə də məyus olmayın. Unutmayın ki, alınan xeyr cavabı üçün yeni alternativlər yarana bilər.

Ayaqqabılarınızı çıxarın

Telefon, televizor, internet, kompüter kimi maqnit şüaları yayan cihazlar insanları stress və təzyiq altında qoya bilər. Buna görə də ayaqqabılarınızı çıxarmaq və yerə toxunmaq bədən tarazlığını bərpa etməyə kömək edəcəkdir.

Sevdiyiniz birini qucaqlayın

Stressli və qəzəbli anlarda sevdiyiniz insanı qucaqlayın. Sevdiyiniz insanı qucaqlamaqla özünüzü yaxşı hiss edə və özünüzə hər şeyin yaxşı olacağını söyləyərək stressinizi azalda bilərsiniz.

Mühitdən uzaqlaşın

Qəzəbinizə səbəb olan vəziyyətdən uzaq olmaq sakitləşməyinizə və daha düzgün düşünməyə kömək edəcək. Qəzəbləndiyiniz zaman qapalı bir mühitdəsinizsə, gəzintiyə çıxmaq sizi sakitləşdirməyə kömək edə bilər.

Ayaq üstə dayanırsınızsa, oturun

Qəzəbləndiyiniz zaman ayaq üstə dayanırsınızsa, oturub dərindən nəfəs almaq əsəblərinizin sakitləşməsinə kömək edəcək. Mümkünsə, 5 dəqiqə müntəzəm nəfəs alaraq oturun.

Bir neçə dəqiqə istirahət edin

Üzərinizdəki stress yükünə dözə bilmirsinizsə, bir neçə dəqiqə istirahət edin. Gözlərinizi yumun və xəyallarınızı, yaşadığınız və yaşayacağınız gözəl şeyləri düşünün.

Musiqi dinləyin

Araşdırmalarla ortaya qoyulan bir həqiqətdir ki, musiqiyə qulaq asmaq köhnə xatirələri xatırladır. Buna görə də dinlədiyiniz zaman sizi xoşbəxt edən və ya sizin üçün xoş xatirələr yaradan musiqiləri dinləyin.

Mənbə: İyi hisset.com 

Tərcümə etdi: Aydan Qasımova



Paylaş
Şərh əlavə et