Bu gün:

Xroniki depressiya ilə əsas depressiya arasında 4 fərq


Depressiya cəmiyyətdə ən çox rast gəlinən problemlərdən biridir. Uşaqlıqdan yetkinliyə qədər hər yaş qrupunda zaman-zaman görülə bilər. Bir neçə həftə yaşana və sonra həyatdakı çətinliklərin şiddətinə görə fərqli bir zamanda yenidən qarşılaşıla bilər. Bu gəl-getlərə görə insan depressiyaya düşdüyünü anlaya və kömək üçün dəstək ala bilər. Ancaq bəzi xəstələrdə yüngül depressiya əlamətləri olur. Distimiya (xroniki depressiya) adlanan bu vəziyyətdə insan heç vaxt normala dönə bilmədiyi üçün bunun həyatının normalı hesab edə bilər.

Nəticə etibarı ilə heç bir yardım tələb etmir, bəzən ömürlük həyatdan zövq alması ciddi şəkildə əngəllənir, insanın özünü yaxşı hiss etməsi çətinləşir. Bu vəziyyətdən xəbərdar olmaq və tədbir görmək üçün distimiya (xroniki depressiya) ilə əsas depressiya arasındakı fərqləri bilmək vacibdir. Memorial Bahçelievler Xəstəxanası Psixologiya şöbəsindən, Uz. psi. Arzu Beyribəy distimiya (xroniki depressiya) ilə major depressiyanın fərqləri haqqında məlumat verdi.

Distimiyada özünü pis hiss etmək həyatda vərdiş halına gəlir

Yetkinlərdə, iki və ya daha çox il davam edən; Uşaqlarda ən azı bir il davam edən distimiyanın simptomları məhsuldarlığı azaldır, çox vaxt onların fəaliyyətdən zövq almasına mane olur və ya özlərini, həyatlarını yaxşı hiss etməyi çətinləşdirir. Buna görə də çox vaxt diqqətdən kənarda qalır. Distimiyası olan insanlar bəzən özlərini çox yaxşı hiss edə bilirlər, lakin bu vəziyyət, adətən, iki aydan çox davam etmir. Fərd həyatında bir vərdiş olaraq şəxsi qeyri-adekvatlıq səbəbindən kədər, introversiya, melanxoliya, həddindən artıq şüur, sevinc və narahatlıq yoxluğu yaşayır.

Əsas məqsəd xəstəni xəstəlik barədə məlumatlandırmaqdır.

Distimiya xroniki depressiya olduğundan, illərlə davam edə və zaman keçdikcə intensivliyi dəyişə bilər. Əksər hallarda, bu tip melanxolik pozğunluq dərman müalicəsi tələb etmir, çünki onun simptomları depressiya kimi şiddətli deyil. Bu vəziyyətin yeganə məlum səbəbi və ya yeganə effektiv müalicəsi olmasa da, ənənəvi müalicə antidepresan dərmanlar və danışıq terapiyasıdır. Terapevtin əsas məqsədi xəstəni xəstəliyindən xəbərdar etmək və onun əhvalını tarazlaşdırmağa kömək etməkdir.

Əsas depressiya üçün bir neçə müalicə variantı var.

Əsas depressiya baxımından ən aydın simptom, tez-tez yuxu, iştah və konsentrasiya ilə bağlı problemlər yaşayan hər hansı bir şeydən həzz almaq qabiliyyətinin demək olar ki, tamamilə itirilməsidir. Bu depressiya növü müalicə edilə bilən bir xəstəlikdir və simptomları idarə etmək üçün antidepresan dərmanlar tövsiyə edilə bilər. Emosional vəziyyətin ifadə oluna biləcəyi psixoterapiya və ya danışıq terapiyası da tövsiyə edilə bilər. Bəzən antidepresanlara əlavə olaraq bəzi dərmanlar effektivliyi artıra bilər. Klinik depressiya üçün başqa müalicə variantları da var. Elektrokonvulsiv terapiya (EKT) dərmanlar təsirsiz olduqda və ya simptomlar şiddətli olduqda istifadə edilə bilər.

Xroniki depressiya (distimiya) və əsas depressiya arasında 4 fərq:

Xroniki depressiyanı əsas depressiyadan fərqləndirən əsas xüsusiyyət simptomların daha az intensiv, lakin davamlı olmasıdır. Xroniki depressiyadan əziyyət çəkən insanlar həyatın belə olduğunu düşünürlər. Ola bilsin ki, onlar bunun həlli mümkün olan problem olduğunu dərk etmirlər. Ən azı iki il sevinc, maraq, istək hisləri duyulmursa, xroniki depressiya, yəni distimiya ehtimalını nəzərə almaq lazımdır. Bu səbəbdən distimiyanın insan və onun ətrafı tərəfindən fərq edilməsi ağır depressiyadan daha çətindir.

Xroniki depressiya (distimiya) və major depressiya arasındakı fərqlər aşağıdakı kimi izah edilə bilər:

1. Müddət

Major depressiya minimum 2 həftə, distimiya isə daha uzun müddət davam edir. Əsas depressiyadan əziyyət çəkənlərin əhvallarının "normal" olduğu vaxtlar da olur, lakin distimiyası olan xəstələr tez-tez depressiya hisslərinə sahib olduqıarına görə onların "normal" hiss etdikləri vaxtlar olmur. 

2. Semptomların intensivliyi

Major depressiyada simptomlar daha sıx olduğu halda, müddəti daha uzun olsa da, distimiyada simptomlar daha az intensivdir.

3. Giriş səviyyəsi

Şiddətli major depressiyaya məruz qalan insanlar normal həyatlarını davam etdirməkdə daha çox çətinlik çəkəcəkləri üçün yataqdan qalxmaq, duş qəbul etmək və ya geyinmək kimi sadə hərəkətlərdə çətinlik çəkə bilərlər. Lakin distimiyada həyatın müxtəlif sahələri daha az təsirləndiyi üçün bu hərəkətlər normal şəkildə həyata keçirilə bilər.

4. Başlama yaşı

Depressiya cəmiyyətdə ən çox rast gəlinən problemlərdən biridir. Uşaqlıqdan yetkinliyə qədər hər yaş qrupunda zaman-zaman görülə bilər. Bir neçə həftə yaşana və sonra həyatdakı çətinliklərin şiddətinə görə fərqli bir zamanda yenidən qarşılaşıla bilər. Bu gəl-getlərə görə insan depressiyaya düşdüyünü anlaya və kömək üçün dəstək ala bilər. Ancaq bəzi xəstələrdə yüngül depressiya əlamətləri olur. Distimiya (xroniki depressiya) adlanan bu vəziyyətdə insan heç vaxt normala dönə bilmədiyi üçün bunun həyatının normalı hesab edə bilər. Nəticə etibarı ilə heç bir yardım tələb etmir, bəzən ömürlük həyatdan zövq alması ciddi şəkildə əngəllənir, insanın özünü yaxşı hiss etməsi çətinləşir. Bu vəziyyətdən xəbərdar olmaq və tədbir görmək üçün distimiya (xroniki depressiya) ilə əsas depressiya arasındakı fərqləri bilmək vacibdir. Memorial Bahçelievler Xəstəxanası Psixologiya şöbəsindən, Uz. psi. Arzu Beyribəy distimiya (xroniki depressiya) ilə major depressiyanın fərqləri haqqında məlumat verdi.

Distimiyada özünü pis hiss etmək həyatda vərdiş halına gəlir

Yetkinlərdə, iki və ya daha çox il davam edən; Uşaqlarda ən azı bir il davam edən distimiyanın simptomları məhsuldarlığı azaldır, çox vaxt onların fəaliyyətdən zövq almasına mane olur və ya özlərini, həyatlarını yaxşı hiss etməyi çətinləşdirir. Buna görə də çox vaxt diqqətdən kənarda qalır. Distimiyası olan insanlar bəzən özlərini çox yaxşı hiss edə bilirlər, lakin bu vəziyyət, adətən, iki aydan çox davam etmir. Fərd həyatında bir vərdiş olaraq şəxsi qeyri-adekvatlıq səbəbindən kədər, introversiya, melanxoliya, həddindən artıq şüur, sevinc və narahatlıq yoxluğu yaşayır.

Əsas məqsəd xəstəni xəstəlik barədə məlumatlandırmaqdır.

Distimiya xroniki depressiya olduğundan, illərlə davam edə və zaman keçdikcə intensivliyi dəyişə bilər. Əksər hallarda, bu tip melanxolik pozğunluq dərman müalicəsi tələb etmir, çünki onun simptomları depressiya kimi şiddətli deyil. Bu vəziyyətin yeganə məlum səbəbi və ya yeganə effektiv müalicəsi olmasa da, ənənəvi müalicə antidepresan dərmanlar və danışıq terapiyasıdır. Terapevtin əsas məqsədi xəstəni xəstəliyindən xəbərdar etmək və onun əhvalını tarazlaşdırmağa kömək etməkdir. 

Əsas depressiya üçün bir neçə müalicə variantı var.

Əsas depressiya baxımından ən çox görülən simptom, tez-tez yuxu, iştah və konsentrasiya ilə bağlı problemlər yaşayan hər hansı bir şeydən həzz almaq qabiliyyətinin demək olar ki, tamamilə itirilməsidir. Bu depressiya növü müalicə edilə bilən bir xəstəlikdir və simptomları idarə etmək üçün antidepresan dərmanlar tövsiyə edilə bilər. Emosional vəziyyətin ifadə oluna biləcəyi psixoterapiya və ya danışıq terapiyası da tövsiyə edilə bilər. Bəzən antidepresanlara əlavə olaraq bəzi dərmanlar effektivliyi artıra bilər. Klinik depressiya üçün başqa müalicə variantları da var. Elektrokonvulsiv terapiya (EKT) dərmanlar təsirsiz olduqda və ya simptomlar şiddətli olduqda istifadə edilə bilər.

Mənbə: Memorial

Tərcümə etdi: Aydan Qasımova

Paylaş
Şərh əlavə et