
Hər bir insanın fərqli fiziki xüsusiyyətləri var. Bəzilərinin ayaq barmaqları daha uzun, bəzilərinin isə qısa barmaqları var. Bu fərqin şəxsiyyətiniz haqqında məlumat verdiyini bilirdinizmi?
Roma formalı barmaq
Ayağın baş və ikinci barmağının uzunluğu eyni olan şəxslər azadlığı və diqqət çəkməyi sevən insanlardır. Sevgidolu olan bu insanlar öz əlləri ilə qazandıqları uğurları atıb gedə bilərlər.
Qısa barmaqlı ayaq
Qısa ayaq barmaqları olanlar isə olduqca gizli bir profilə sahibdirlər. Onlar yaxşı sirr saxlaya bilir, sirdaş olmağı bacarır və hər bir problemə həll tapa bilirlər. Həyatdan zövq almaq onların birinci prioritetidir və onlar sadiq qalmağı çox əla bacarırlar.
Yunan formalı barmaqlar
İkinci barmağı ayağın baş barmağından uzun olanlar xırda şeylərdən necə də xoşbəxt olmağı bilirlər. Ani qərarlar qəbul etmək və həyata keçirmək onlar üçün həyat özüdür. Çətin, stressli vəziyyətlərdə uğur qazana bilməzlər, çünki stress onların ən çox dözə bilməyəcəyi şeydir.
Eyni ölçüdə olan barmaqlar
Bütün ayaq barmaqları eyni uzunluqdadırsa, bu, şəfqətli və güvənilən bir xarakterə işarədir. Bu tipdən olan insanlar hisslərini bəlli etməyə üstünlük vermirlər.
Mənbə: Halktv
Tərcümə etdi: Tərlanə Abdullayeva
