
İsveç pəhrizi yüksək protein qəbuluna əsaslanan səviyyəsi aşağı olan karbohidratlı yemək planıdır. İsveçdə bu pəhriz sürətli arıqlamaq üçün nəzərdə tutulub. Bəs İsveç pəhrizi nədir?
İsveç pəhrizinin əsas prinsipi bədəndə yağ yandırmaq, karbohidrat qəbulunu məhdudlaşdırmaq və protein qəbulunu artırmaqdır. İsveç pəhrizi aşağıdakı xüsusiyyətlərə malikdir:
1. Az karbohidrat qəbulu:
İsveç pəhrizində gündəlik karbohidrat qəbulu kifayət qədər məhduddur. Şəkərli qidalar, bişmiş məmulatlar, ağ çörək və nişastalı tərəvəzlər kimi yüksək karbohidratlı qidalar məhdudlaşdırılır və ya tamamilə xaric edilir.
2. Yüksək protein qəbulu:
İsveç pəhrizində protein qəbulu çox vacibdir. Protein toxluq hissini artırır, maddələr mübadiləsini sürətləndirir və əzələni gücləndirir. Protein daha çox toyuq, balıq, yumurta, süd və yağsız ət məhsullarında olur.
3. Yağ qəbulu:
İsveç pəhrizində sağlam yağlı qidaların qəbuluna üstünlük verilir. Zeytun yağı, avokado, qoz-fındıq və toxum kimi sağlam yağ məhsullarına tələbat verilir.
4. Azaldılmış kalorili qəbul:
İsveç pəhrizi, ümumiyyətlə, aşağı kalorili qəbula əsaslanır. Bu pəhriz sürətli arıqlama məqsədləri üçün populyarlıq qazansa da, onun uzunmüddətli təsiri və sağlamlıq nəticələrinə dair elmi araşdırmalar məhduddur. Bundan əlavə, insanın sağlamlıq vəziyyəti nəzərə alınmadan belə bir pəhrizin tətbiqi bəzi sağlamlıq problemləri yarada bilər. Sağlam və davamlı arıqlamaq üçün mütəxəssis dietoloq ilə işləmək vacibdir. Fərdi qidalanma planları həyat tərzi dəyişiklikləri üçün daha uyğun bir yanaşma ola bilər.
Mənbə: Halktv
Tərcümə etdi:Tərlanə Abdullayeva
