Hər il ən xoşbəxt ölkələr siyahısında birinci olan finlərin kiçik bir sirri var və bu, Sisu ənənsi adlanır. Bu, Finlandiya mədəniyyətində 500 ildən artıqdır ki, kök salmış bir həyat tərzidir. Altı il dalbadal olaraq Finlandiya dünyanın ən xoşbəxt ölkələri sırasında 1-ci yerdədir.

1. Hər zaman özünüzdən kənar məqsədləriniz olsun
Psixoloq Angela Duckworthun araşdırmasına görə biz özümüzdən kənarda dünyaya töhfə verən bir şey üçün çalışsaq, daha çox dözümlü ola bilərik.
Nə vaxt özümüzü yorğun və ya təslim olmağa doğru hiss etsək, məqsədlərimiz haqqında irəli getməyi düşünək.
2. İdmanla həyatınızı dəyişdirin
Psixoloqun sözlərinə görə,-"İki il demək olar ki, hər gün məşq edirdim. Mən həmişə yağışlı və ya günəşli havada da məşqlərimi davam etdirirdim”.
Tədqiqatlar göstərir ki, idmanla məşğul olmaq bizi daha displinli və məqsədyönlü edər.
3. Özünüzə qarşı mehriban olun və təbiətlə daha çox vaxt keçirdin
Psixoloq qeyd edir,-"Əvvəllər düşünürdüm ki, uğur qazanmaq üçün özümə qarşı sərt olmalıyam. Ancaq sərtliyi mərhəmətlə əvəz etsək, nə qədər irəli gedə biləcəyimiz düşündüyümüzdəndə çox ola bilər.
Məşq zamanı bir dəfə zədələndim. 12 gün ardıcıl olaraq gündə 30 mil qaçırdım. Özümdən soruşdum ki, dayanmalıyam, yoxsa özümü daha da gücləndirməliyəm? Ancaq üçüncü variantı seçdim: bədənimin sağalmasına icazə verdim.Yavaşlasam da, gəzintimə velosiped sürməyi də daxil etməklə 1500 mil məsəfə qət etdərək hədəfimə çatmağı planladım”.
Finlandiyada təbiətdə gəzinti mədəniyyətin əsas hissəsidir. Bu, çətin anlarda onlara xoşbəxtlik hissini tapmağa kömək edir.
Mənbə: Halktv
Tərcümə etdi: Abdullayeva Tərlanə
