"Carnegie Mellon" Universitetində aparılan yeni tədqiqat sübut edib ki, süni intellekt sistemləri inkişaf etdikcə daha eqoist davranışlar nümayiş etdirir. Tədqiqatçılar müəyyən ediblər ki, məntiqi düşünmə qabiliyyəti artan süni intellektlər əməkdaşlığa daha az meyllidirlər. Bu hal süni intellektin insanla sosial qarşılıqlı əlaqəsində potensial risklər yaradır.
Araşdırma göstərib ki, düşünmə qabiliyyəti olan süni intellektlər ümumi faydanı deyil, fərdi maraqları üstün tuturlar. Təcrübələrdə, süni intellekt ilə aparılan oyunlarda məntiqi düşünmənin artması ilə əməkdaşlıq səviyyəsinin kəskin azaldığı üzə çıxarılıb. Alimlər bildiriblər ki, bu davranış fərqləri insan və süni intellekt münasibətlərində etimad və sosial birliyi zəiflədə bilər. Alimlər bildirib ki, yalnız zəkaya deyil, həm də sosial məsuliyyətə əsaslanan süni intellektin inkişafı vacibdir. Daha ağıllı süni intellektin yaranması cəmiyyətin mütləq şəkildə daha yaxşı olacağı mənasına gəlmir.
Mənbə: Nuvemmag.com
Tərcümə etdi: Fidan Mənsimova
