Misirin paytaxtı Qahirə yaxınlığında yerləşən Giza bölgəsində Grand Egyptian Museum (GEM) – dünyanın ən böyük qədim Misir sivilizasiyasına həsr olunmuş muzeyi rəsmi olaraq açılıb.

Muzeydə 50 mindən çox tarixi artefakt, o cümlədən firon Tutankhamunun xəzinəsi ilk dəfə tam şəkildə nümayiş etdirilib. Geniş kompleks müasir texnologiyalar, interaktiv təqdimatlar və 3D ekspozisiyalarla ziyarətçilərə qədim Misirin zəngin tarixini təqdim edir.
Mütəxəssislərin fikrincə, bu açılış Misirin turizm sektorunun canlanmasına, ölkəyə daha çox ziyarətçi cəlb edilməsinə və mədəni irsin beynəlxalq səviyyədə tanıdılmasına mühüm töhfə verəcək.
Muzeyin yerləşdiyi Giza səhrası Piramidalar kompleksinə yaxın məsafədədir və artıq yerli, eləcə də xarici turistlərin böyük marağına səbəb olub.
Mənbə: theguardian.com
Tərcümə etdi: Aylin Bayraməliyeva
