Bostonun " Isabella Stewart Gardner Museum" və" Boston Athenaeum" muzeyləri afro-amerikalı rəssam Allan Rohan Kritiyə (1910–2007) həsr olunmuş sərgilər təqdim edib.
“Urban Glory” və “Griot of Boston” adlanan sərgilərdə rəssamın 100-dən çox əsəri nümayiş olunur. Onlar Bostonun məhəllə həyatını, gündəlik insan fəaliyyətini və afro-amerikalı icmaların şəhərin mədəni ruhuna verdiyi töhfəni əks etdirir.
Sərgilər həm rəssamın yaradıcılığını tanıtmaq, həm də gənc nəsli mədəni müxtəlifliyə həssas yanaşmağa təşviq etmək məqsədilə təşkil olunub. Sərgilər noyabra qədər davam edəcək.
Mənbə: wbur
Tərcümə etdi: Zəhra Məlikova
