Bu gün:

Dişil enerjini necə artırmaq olar?


Mədəniyyətimizdə kişi enerjisi qadınlardan daha çox "qiymətli" olmağa meyllidir, çünki bu, əsasən, tərəqqi ilə əlaqədardır. Bu, həm fərdi, həm də mədəni baxımdan balanssızlıq hissi yaradır. 

İnsan enerjisini çox qiymətləndirdiyimiz zaman vaxtımızın çox hissəsini oxumağa və çox az vaxtımızı istirahət etməyə, dincəlməyə və başqaları ilə ünsiyyət qurmağa sərf edirik. Dişıl enerjisinin az olmağı ağıllı telefonlar, noutbuklarımız kimi süni şeylərə aludə olmağımıza, təbiətdə daha az vaxt keçirməyimizə və ya özümüzü kəşf etməyə bilməməyimizə səbəb olur.

1. Özünə zaman ayır

Bir çoxumuz o qədər məşğuluq ki, nadir hallarda içimizdə baş verənləri dinləmək üçün özümüzə vaxt ayırırıq. Həmişə içimizdə bir parçalanma hiss edirik və ya anidən boşluğa düşürük. Etməli olduğunuz tək şey kim olduğunuzla barışmaqdır və daxilinizlə əlaqə qurmaqdır. Bunun ən yaxşı yolu terapiyaya başlamaqdır. Düşüncələrinizi və hisslərinizi araşdırmaq üçün bir terapevtlə işləyərkən əslində daha dərin, daxili və qadın tərəfinizdə gəzirsiniz.

2. Təbiəti gəzin

Boşluqlara düşmək uşaqlıqda yaşanmış travmalarınızdan asılıdır. Təbiətdə gəzmək  dişil enerjini artırır və bu enerji meşələr, parklar və dənizlərlə doludur. Qərarsız olduğunuzu hiss edəndə bu yerə gedə bilərsiniz.

3. Yaradıcı olun

Hər bir qadının özünə gözəl həyat yaratmaq üçün gücü və  mənliyi var. Ancaq yaradılış müxtəlif yollarla baş verə bilər.  Yaradıcıllıq bədii ifadə, yazı, rəqs, rəsm və ya yeni fikirlərin ortaya çıxması ola bilər.

4. Duyğularınızı idarə etməyi bacarın

Kişi məntiqi ilə, qadın isə duyğu ilə əlaqələndirilir. Çox emosional olmaqdan  utanırsınızsa, narahat olmayın, bu normal bir şeydir.  Hisslərinizi dinləməklə və zamana buraxmaqla ,emosional zəkanızı idarə edə bilərsiniz. Emosional vəziyyətinizi öyrəndikcə avtomatik olaraq daha rahat hiss etməyə başlayacaqsınız.

5. Dəyişməkdən qorxmayın

Həyatda heç nə mükəmməl deyil və hər bir varlığın qüsuruda vardır. Qüsurlarını qəbul edib, onlardan dərs çıxarmaq dəyişməyin başlanğıcıdır. Eyni səhvləri təkrar etmək, dəyişməyə imkan verməyəcək.

Mənbə: Habertürk

Tərcümə etdi: Tərlanə Abdullayeva

Paylaş
Şərh əlavə et