Daxili İşlər Nazirliyinin məlumatına istinadən, 24media.az xəbər verir ki, Bakı Expo Mərkəzində keçirilən sərgidə DİN-in pavilyonunda Bakıda ilk dəfə tətbiq olunan “Ağıllı svetoforlar” pilot layihəsi təqdim olunur. Burada svetoforların idarə olunması, simulyasiya proqramı, qanunsuz parklanma kameraları və 3D elektron xəritə barədə məlumat verilir.

Ziyarətçilərə, həmçinin “i-Patrol” sistemi, avtomatik nömrə tanıma və videomüşahidə texnologiyaları nümayiş olunur. Sərgi yol təhlükəsizliyinin artırılması və rəqəmsal idarəetmə sahəsində təcrübə mübadiləsinə imkan yaradır. Təqdimatlar Azərbaycan, rus və ingilis dillərində aparılır.
Asiya Zeynallı
