OpenAI rəhbəri Sam Altman DevDay tədbirində süni intellekt sektorunda “köpüklü” vəziyyətin mövcudluğunu etiraf edib, lakin OpenAI-də “real inkişaf” getdiyini bildirib.

Ekspertlər Sİ şirkətlərinin dəyərinin süni şəkildə şişirildiyini və “maliyyə köpüyü” yarandığını deyirlər. İngiltərə Bankı və BVF də bu barədə xəbərdarlıq edib.
OpenAI-nin Nvidia, Microsoft və AMD ilə milyardlarla dollarlıq sövdələşmələri bu narahatlıqları artırır.
Buna baxmayaraq, Altman və bəzi analitiklər süni intellektə sərmayələrin gələcəkdə yeni məhsul və imkanlar yaradacağını düşünürlər.
Mənbə: BBC NEWS
Tərcümə etdi: Aylin Bayraməliyeva
