Paylaşılan bir araşdırmada hansı peşə qrupunun hansı ildə süni intellekt tərəfindən təhdid altına düşəcəyi ortaya qoyulub. Bəs sizin peşəniz üçün “yolun sonu” hansı ildən görünür?
Bir çox peşə qrupları yavaş-yavaş avtomatlaşdırma və süni intellekt sistemləri ilə tanış olur. Artıq bəzi vəzifələr insan müdaxiləsinə ehtiyac qalmadan yerinə yetirilir. Bu hal xüsusilə rutin və təkrarlanan işlərlə məşğul olan insanları daha çox təsir edir və iş üsullarında ciddi dəyişikliklərə gətirib çıxarır.
“İşinizi itirməyə hazır olun” xəbərdarlığı ilə təqdim edilən araşdırmada süni intellektin hansı səbəblərlə və hansı ildən etibarən müəyyən peşə qruplarını əvəzləyəcəyi ətraflı şəkildə izah olunub:
1. Sürücülər
Avtonom nəqliyyat vasitələri geniş yayılacaq; 12 milyon sürücü işsiz qalacaq. Uber, Lyft və yükdaşıma sektoru çökəcək.
Proqnozlaşdırılan tarix: 2028–2030
2. Həkimlər
Süni intellekt qüsursuz diaqnoz qoyacaq, dərmanları səhvsiz reseptləşdirəcək və heç bir simptomu unutmayacaq. Həkimlər sadəcə “risk meneceri” mövqeyinə enəcək.
Proqnozlaşdırılan tarix: 2027–2032
3. Cərrahlar
Robot cərrahiyyəsi titrəmə olmadan, yüksək dəqiqliklə aparılacaq. İnsan cərrahlar yalnız ekranı izləyəcək.
Proqnozlaşdırılan tarix: 2029–2034
4. Əsgərlər
Müharibələr süni intellektin idarə etdiyi pilotsuz uçuş aparatları və robotlar vasitəsilə aparılacaq. İnsanlar döyüşçü yox, sadəcə “itki” statusunda qalacaq.
Proqnozlaşdırılan tarix: 2030–2035
5. Proqramçılar
Süni intellekt bütün kodları yazacaq, test edəcək, yayımlayacaq və texniki dəstəyi həyata keçirəcək. Proqramçılar əvvəlcə “prompt mühəndisləri” olacaq, sonra isə tamamilə aradan qalxacaq.
Proqnozlaşdırılan tarix: 2026–2029
6. Müəllimlər
Hər bir tələbəyə fərdi süni intellekt müəllimləri təqdim olunacaq; sinif otaqları artıq əhəmiyyətini itirəcək. Təhsil tamamilə rəqəmsallaşacaq.
Proqnozlaşdırılan tarix: 2027–2030
7. Vəkillər
Süni intellekt bütün hüquqi materialları anında oxuyacaq, qüsursuz müqavilələr hazırlayacaq və daha yaxşı müdafiə edəcək. Məhkəmələr alqoritmlər vasitəsilə idarə olunacaq.
Proqnozlaşdırılan tarix: 2028–2033
8. Sənətçilər
Süni intellekt istənilən vizual əsəri, musiqini və ya filmi sifarişlə yaradacaq. İnsan yaradıcılığı isə sadəcə lüks bir sahəyə çevriləcək.
Proqnozlaşdırılan tarix: 2028–2032
9. Fabrik işçiləri
Tam avtomatlaşdırma tətbiq ediləcək; “işıqsız istehsal” sistemləri fəaliyyətə keçəcək. İnsanların istehsal sahəsinə daxil olması belə mümkünsüz olacaq.
Proqnozlaşdırılan tarix: 2029–2033
10. Ordu
Avtonom pilotsuz aparatlarla, robot əsgərlər və süni intellekt idarəetmə sistemləri ilə müharibələr aparılacaq. İnsan generallar artıq lazımsız olacaq; bütün döyüşləri maşınlar idarə edəcək.
Proqnozlaşdırılan tarix: 2030–2035
Mənbə: Onedio
Tərcümə etdi: Mina Yadigarlı